Qəbizlikdən əziyyət çəkənlər baxsın - Həkim məsləhəti

433 baxış

Düz bağırsaq şişlərinin digər yoğun bağırsaq şişləri ilə çoxlu ümumi ortaq nöqtələri olduğundan onları adətən bir yerdə kolorektal şişlər adlandırırlar. Düz bağırsaq yoğun bağırsağın təqribən 15 sm uzunluqda olan son hissəsidir. Yoğun bağırsağın digər hissələrinin şişləri ilə xarakter etibari ilə böyük bir fərq olmasa da müalicə taktikasında və proqnozlarda əhəmiyyətli fərqlər var. Düz bağırsaq çanaqda dar bir sahədə yerləşdiyindən onun əməliyyatı daha çətin və mürəkkəbdir. Əvvəllər radikal əməliyyatlara cəhd olunmasına baxmayaraq uzun dönəm üçün nəticələr çox pis idi. Son 30 ildə müalicə prinsiplərinin və texnikasının dəyişməsi ilə əlaqədar düz bağırsaq şişlərinin proqnozları əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Düş bağırsaq xərcəngi
Düz bağırsaq şişi
Düz bağırsaq şişlərinin əlamətləri hansılardır? Əvvəlcədən demək istəyirəm ki, düz bağırsağın şişinin əlamətləri kimi təsvir olunanlar təkcə şiş xəstəliyinə xarakter deyil,  digər başqa xəstəliklərdə də ola bilər. Ona görə də bu ələmətlərə rast gəldikdə şiş xəstəliyi var kimi panik olmağa səbəb yoxdur.

Nəcisdə qanın və seliyin olması
Bağırsaq vərdişlərinin dəyişməsi. Məsələn həmişə ishala meyilli adamda qəbizliklərin başlaması, və ya tərsinə.
Qarında ağrılar və ağrılı defekasiya
Bağırsağın tam boşalmaması hissiyatı. Xəstə böyük bayıra çıxdıqdan sonra onda elə bir hissiyat olur ki, onun bağırsaqları tam boşalmadı
Səbəbi izah olunmayan dəmir defisitli anemiya
Səbəbi izah edilməyən çəki itkisi və ümumi zəiflik
Xərcəng xəstəliyi genlərin xəstəliyidir. Hüceyrənin nə zaman bölünəcəyi, nə zaman məhv olacağı haqqında informasiya ginlərdə yazılıb və bu prosesi onlar tənzimləyir. Bu genlər mutasiyaya məruz qaldıqda, yəni dəyişikliyə uğradıqda bu hüceyrələr lazım olmadığı halda bölünməyə davam edərək çoxalırlar və şiş toxumasını əmələ gətirirlər. Hüceyrələrdə mutasiya törədə bilən amillər çoxdurlar. İstənilən fiziki, kimyəvi, bioloji amillər gendə dəyişikliklər yarada bilər.

Kimlərdə düz bağırsaqda xərcəng yaranması riski daha çoxdur?

Yaşlı xəstələr. Daha çox 50 yaşdan sonra əmələ gəlir.
İltihabi bağırsaq xəstəlikləri ( Kron xəstəliyi, qeyri spesifik xoralı kolit)
Kolorektal şiş riskini artıraq genetik vəziyyətlər. Məsələn ailəvi adenomatoz polipoz xəstəliyi.
Əgər ailədə kolorektal şiş tarixçəsi varsa
Əgər əvvəllər bağırsaqda polip və şiş olubsa bu da risk faktor sayılır.
Alkoqol və siqaret çəkən adamlarda daha çox rast gəlinir
Az bitki mənşəli və daha çox qırmızı ət yeyən adamlarda risk daha yüksəkdir.
Şəkərli diabet və piylənmə xəstəliyi riskləri artırır

Demədi Demə

15:42 03.03.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə