Zaman zaman pilonidal sinusun anadangəlmə deyil qazanılma olduğunu
,,dermoid kista,,
Büzdümün pilonidal sinusu
düşünənlər və dəstəkləyənlər artmaqdadır. Əvvəllər buna səhv olaraq dermoid sist deyilirdi ki, bu da anadangəlmə bir patalogiya olduğunu bildirirdi. Hal hazırda isə çoxluq hesab edir ki, bunun dermoid sist adlandırılması düzgün deyil və bu pilonidal sinus adlandırılır. Çox nadir hallarda büzdüm nahiyəsində olan bu sinus anadangəlmə ola bilər. Bu zaman sinus postanal dermoid sistlə birləşmiş şəkildə olur. Postanal dermoid sist isə sadə teratomalardan hesab edilir. Pilonidal sinus isə tamamilə başqa patalogiyadır.
Pilonidal sinusun qazanılmış olmasını dəstəkləyən səbəblər aşağıdakılardır.
Dərzilərdə barmaqlararası pilonidal sinuslara rast gəlinməsi. Bu professional xəstəlik hesab edilir, klientlərin saç qırıqları dəlləyin barmağının arasında pilonidal sinus yaranmasına səbəb olur. Bəzi hallarda qoltuqda və göbək ətrafında da pilonidal sinuslara rast gəlinir.
80% dən çox xəstədə pilonidal sinusun 20-30 yaş arasında əmələ gəlməsidir ki, bu da anadangəlmə xəstəliklər üçün xarakterik deyil.
Pilonidal sinusun divarında demək olar ki, heç vaxt saç köklərinə rast gəlmək olmur.
Sinuslarda olan saçlar ölmüş saçlar olur və onların iti tərəfləri həmişə sinusun kor tərəfinə istiqamətlənmiş olur.
Xəstəlik daha çox kişilərdə rast gəlinir. Daha çox da tüklü kişilər bu xəstəliyə məruz qalır.
Hətta adekvat şəkildə kəsilib çıxarıldıqdan sonra belə xəstəliyin təkrar olunması tez tez rast gəlinir.
,,dermoid sist,,
büzdümün pilonidal sinusu
Hal hazırda hesab edilir ki, pilonidal sinus aşağıdakı proses nəticəsində yaranır. Paltarların sürtünməsi nəticəsində boyundan, kürəkdən və yanlardan qırılmış tüklər postanal çökəklik adlanan yarığda toplanırlar. Çünkü bu nahiyə oturduqda və ayaq üstə olduqda ən aşağı nahiyyə sayılır. Bundan başqa toylet kağızından istifadə etdikdə tüklər nəcislə birlikdə yuxarı daşına bilər. Defekasiyadan sonra su ilə yuyunanlarda pilonidal sinusların az rast gəlinməsi də bunu təsdiqləməyə kömək edir. Sağrıların sürtünməsi nəticəsində tüklər dərini penertasiya edir (deşir) və ya vəzilərin açıq ağızlarından daxil olur. Bəziləri hesab edir ki, dərinin hansısa bir digər səbəbdən zədələnməsi tüklərin oradan dərialtına daxil olmasına səbəb ola bilər. Bu şəkildə sinusun formalaşması sonradan burada yaranan neqativ təzyiq nəticəsində digər tüklərin də ora çəkilməsinə səbəb ola bilər.
Bunlar da maraqlı ola bilər
Pilonidal sinus (yanlış adı dermoid sist)
Xroniki genişlənən hematoma
Yırtıq mütləq əməliyyat olunmalıdırmı?
Laparoskopik Xolesistektomiya nədir?
Yoğun bağırsaq şişlərinin əlamətləri
Yırtıq əməliyyatlarında hansı tordan istifadə edilməlidir?
POSTED ON17 APREL 2018
Pilonidal sinus (Yanlış adı ,,dermoid sist..)
Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, tel: 0504063853
Op. Dr. Kamran Beydullayev
Op. Dr. Kamran Beydullayev
Büzdüm nahiyəsinin Pilonidal sinusu
Pilonidal sinus sarğı nahiyəsində, büzdümdə orta xətdə kiçik dəlikləri olan tuneldir. Pilonidal sinuslar büzdümdən başqa çox az hallarda barmaqların arasında (dəlləklərdə) və göbək nahiyəsində də əmələ gələ bilər. Bu sinuslar kəskin iltihab törədərək abseslər yarada bilər.
Kəskinləşdikdə, yəni abses əmələ gətirdikdə pilonidal sinuslar qızartı, şişkinlik, ağrı, hərarətlə özünü göstərir. Xroniki vəziyyətində isə bu sinusların xaricə açılan dəliklərindən az az irinli və pis iyli ifrazatın gəlməzi müşahidə edilir.
,,dermoid sist,,
büzdümün pilonidal sinusu
Pilonidal sinus necə yaranır?
Büzdüm nahiyəsi bədənin ən aşağı hissəsidir. Həm də çökəklikdə olması bədəndə tökülən tüklərin bu nahiyəyə yığılmasına səbəb olur. Bu tüklər sürtünmədən nəhayətdə bu nahiyənin dərisini zədələyib iltihab törədir və pilonidal sinus yaranması prosesi başlayır. Uzun müddət oturaq vəziyyət, dar paltar, sürtünmə, şəxsi gigiyena, piylənmə, həddən çox tüklü olmaq, büzdüm nahiyəsinə zədələr pilonidal sinusun yaranmasını şərtləndirə bilər.
,,dermoid kista,,
Büzdümün pilonidal sinusu
Necə diaqnoz qoyulur?
Pilonidal sinusa xəstənin şikayətləri və fiziki müayinələr əsasənda diaqnoz qoyulur.
Necə müalicə olunur?
Abses formalaşmamış iltiblaşmış pilonidal sinuslarda antibiotiklər təyin edilə bilər.
Abses formalaşdıqda və yaxud pilonidal sinusdan birdəfəlik qurtulmaq üçün cərrahi müalicə tətbiq olunmalıdır.
Absesin kəsilib boşaldılması kəskin iltihab zamanı istifadə edilən müalicə üsuludur. Amma bu adətən pilonidal sinusdan birdəfəlik qurtulmağa səbəb olmur. Sinus yenə də qalır gələcəkdə yenə də xəstəni narahat edir.
Sinusun kəsilib çıxarılması radikal müalicə üsuludur. Sinusdan birdəfəlik azad olmağı təmin edir. Bu zaman pilonidal sinus ətraf toxumalarla bir yerdə kəsilib çıxarılır. Kəsilib çıxarılma nəticəsində yaranan defekt ya öz özünə sağalması üçün açıq buraxıla bilər, ya da tikişlərlə bağlana bilər. Bu üsulların hər birinin üstün və çatışmayan cəhətləri var.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə