Öd yolları:
qaraciyərdə sintez olunan ödün toplanmasını, qatılaşmasını və 12bb-a tökülməsini təmin edən boruşəkilli strukturlardır
divarları öd epitelindən, əzələ və elastik liflərdən təşkil olunmuşdur.
qaraciyər paycıqlarında öd kapilyarlarından başlayıb, 12bb-ın böyük məməciyində bitir.
Hissələri
Klinik-anatomik olaraq öd yolları qaraciyərdaxili və qaraciyərxarici öd yolları olmaq üzrə iki hissəyə ayrılır və 4 vacib strukturdan ibarətdir:
qaraciyərdaxili öd yolları
qaraciyərxarici öd yolları:
qaraciyərxarici öd axacaqları
öd kisəsi və axacağı
sfinkterlər
Qaraciyərdaxili öd axarları
Qaraciyərdaxili öd axarları öd kapilyarlarından başlayıb, pay axacaqlarına qədər olan yollardır, kapilyar, paycıq, seqment, sektor axacaqlarını əhatə edir.
Qaraciyərxarici öd axarları
Sağ və sol Qc axacaqları, haça, ümumi qaraciyər axacağı, ümumi öd axarı, kisə axarı və öd kisəsi, Oddi sfinkteri qaraciyərxarici öd yollarına aid edilir.
Sağ Qc axacağı ön (V və VIII seqment) və arxa (VI və VII seqment) sektor axacaqlarının birləşməsindən əmələ gəlir.
Sol Qc axacağı lateral (II və III seqment) və medial (IV seqment) sektorların axacaqlarının birləşməsindən əmələ gəlir.
Haça sağ və sol Qc axarlarının birləşməsindən əmələ gəlir və ekstrahepatik yerləşir.
Ümumi qaraciyər axacağı haçadan başlayır və öd kisəsi axacağı ilə birləşdikdən sonra ümumi öd axarına keçir.
Öd kisəsi
Öd kisəsi armudşəkilli orqan olub, təxminən 50-60 ml həcmində öd tuta bilir. Qaraciyərin visseral səthində, IV və V seqmentlərin sərhəddindəki kisə çuxurunda yerləşir. Kisənin dibi, cismi, boynu və axacağı ayırd edilir.
Kalot üçbucağının divarlarını aşağıda kisə axacağı, yuxarıda qaraciyərin visseral səthi, solda isə ümumi qaraciyər axacağı təşkil edir. Kalot üçbucağında, periton səhifələri arasında adətən kisə arteriyası, venası, bəzən də limfa düyünü yerləşir.
Ümumi öd axacağı və ya xoledox
Ümumi qaraciyər axacağı ilə kisə axacağının birləşməsindən əmələ gəlir, 12bb-ın böyük məməciyinə açılır. Uzunluğu 5-10 sm, diametri 5-9 mm arasında dəyişən bu orqanın şərti olaraq 3 hissəsi ayırd edilir: supraduodenal, retroduodenal və intrapankreatik.
Sfinkterləri
Öd yollarında iki klinik əhəmiyyətli sfinkter var:
Öd kisəsinin axacağında yerləşən
Xoledoxun 12bb-a açılan hissəsində yerləşən Oddi sfinkteri
Qan təhcizatı
Qaraciyərdaxili öd yolları uyğun arteriyalardan qidalanır.
Qaraciyərxarici öd yollarının proksimal hissəsi sağ və sol qaraciyər arteriyaları vasitəsi ilə, orta hissəsi saat 3 və 9 istiqamətlərində axacağa paralel yerləşən arteriyalarla, distal hissəsi isə arxa pankreatoduodenal arteriyanın vasitəsi ilə qanla təchiz olunur.
Öd kisəsi sağ qaraciyər arteriyasından ayrılan kisə arteriyası ilə qidalanır.
Venalar adətən arteriyaları müşayət edir və qapı sisteminə açılır.
Limfatik axın
Öd yollarının limfası üç yolla günəş kələfi limfatik düyünlərinə axır: qaraciyər arteriyası ətrafı düyünlər vasitəsi ilə; retroduodenal və pankreatik düyünlər vasitəsi ilə; peripilorik və qastrik limfa düyünləri vasitəsi ilə. Öd kisəsinin limfası adətən Kalot üçbucağında yerləşən limfa düyününə axır.
İnnervasiya
Simpatik sinirlər öd kisəsi və sfinkterlərində boşalma törədir, parasimpatik təsir nəticəsində isə öd kisəsi yığılır, Oddi sfinktorunun peristaltizmi artır.
Vegetativ sinirlər həm də ağrı impluslarını daşıyırlar.
Anomaliyaları
Öd yollarının anadangəlmə dəyişiklikləri təxminən xəstələrin yarısında rast gəlir və bunlar axacaqların və öd kisəsinin defektləri və ariasiyaları ola bilər.
Öd yollarının defektləri adətən xəstəlik törədirlər və ya yüksək risk təşkil edirlər. Bunlara atreziya və sistlər aid edilir.
Öd axacaqlarının variasiyaları təxminən 38%-ə yaxın hallarda rast gəlinir və başlıca səbəbi sağ arxa axacağın (6 və 7-ci seqmentlərin) açılma yeridir. Huang təsnifatına görə qaraciyərdaxili axarların variasiyaları 5 tipə ayrılır: 1-ci tipdə normal birləşmə (62%), 2-ci tipdə üçlü (19%), 3-cü tipdə sağ arxa axacaq sol axacağa açılır (11%) , 4-cü tipdə ümumi qaraciyər axacağına açılır (6%), 5-ci tipdə isə kisə axacağına açılır (2%) və 6-cı tipə nadir rast gələnlər aid edilir (məsələn IV seqment axarı sağ axacağa açılır). (Şəkil 2).
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə