2 ay sonra yenidən zond uddu - Nəticəyə inanmadı

486 baxış

Qastroenteroloq-hepatoloq Nazlı Qasımova

Tel: (055) 297 33 31
Son zamanlar mədə-bağırsaq xəstəliklərinin ən ağır formalarının yayılması ən müasir aparatlarla endoskopiya və kolonoskopiya müayinəsini qaçılmaz edir.

Əvvəl geniş yayılmış rentgen çəkimi artıq əhəmiyyətini azaldıb. Çünki zondla müayinədə əgər mədə və bağırsaqda polip, hər hansı şiş və ya iltihab ocağı aşkar olunarsa, həmin an biopsiya materialı götürmək mümkün olur. Endoskopiya həkimə mədə və on iki barmaq bağırsağı "əlinin içi” kimi aydın və öz gözü ilə görməyə imkan verir. 

Polip, xərçəngin erkən mərhələsi, eroziya, atrofiya, xora, kron xəstəliyinin erkən mərhələdə tapılması üçün endoskopiya müayinəsi mütləqdir. 

5 dəqiqəlik yuxu

Çox zaman insanlar zond udmağın yaratdığı diskomforta dözməyəclərini güman edərək, endoskopiyadan qaçırlar. Lakin indi pasiyent 5-10 dəqiqəlik "yatızdırılmaqla”, yəni xüsusi anestesik preparatlardan istifadə olunmaqla bu proses olduqca rahat və asan hala gəlib. Nə zaman yuxuya gedəcəyinizi bilməyəcəksiz. Ayılanda hər şey hazırdır və həkim müayinənin görüntüsünü diskə yazaraq sizə təqdim edir. 

Qeyd edək ki, mədə yoxlanışı zamanı sonuncu qida qəbulu axşamdan olmalıdır. Səhərm acqarına, hətta su içmədən belə müayinəyə gəlmək lazımdır.

Kolonoskopiya

Bağırsaqların xüsusi zond salınmaqla eynilə endoskopiyada olduğu kimi görüntülər yaddaşda saxlanılmaqla müayinəsidir. 

Bu zaman da xəstənin istəyindən asılı olaraq yuxuya gedə bilər və ya ayıq halda ola bilər. Amma kolonoskopiyadan öncə bağırsaqlar xüssi dərmanlar təmizlənir. Bu barədə həkimin xüsusi göstərişləri olur. Kolonoskopiya zamanı bağırsaqlarda olan bütün ən kiçik və ən xroniki xəstəliklər görülür. 

Bioloji Təbabət klinikasında  Yaponiya istehsalı olan aparatlar, Almaniya istehsalı ERBE VİO cihazı ilə müayinələr aparılır. 

Endoskopiya kabinetində bu prosedurlar həyata keçirilir:

-Ezofaqoqastroduodenoskopiya – qida borusu, mədə, 12 barmaq bağırsağın zondla müayinəs

-Sürətli ureaza – mədədən alınan biopsiya ilə Helicobakteri pylorinin təyini testi

-Kolonoskopiya – yoğun bağırsağın total müayinəsi

-Siqmodoskopiya – S-vari bağırsağın müayinəsi

-Rektoskopiya – düz bağırsağın müayinəsi

-Polipektomiya – poliplərin kəsilməsi

-Arqon plazma koaqulyasiyası

-Angiodisplaziya və vaskulyar lezyonlar

-Hemoklips qoyulması – xora qanaması zamanı qanayan damara

Bu prosedurlardan kimlər keçə bilməz: ağır ağciyər xəstəliyi olanlar, ürək çatışmamazlığı III-IV dərəcə, aorta stenozu, psixiatrik xəstəliyi olanlar

Qalan bütün şəxslər aylardır, illərdir davam edən mədə-bağırsaq problemləri, xora, qastrit, ağrılar və qanaxmalarda mütləq bu prosedurlardan könüllü keçmək lazımdır.

Demədi Demə

11:49 12.02.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə