Öd daşı xəstəliyi (lat. Cholecystolithiasis — yun. χολή lat. chole “öd” və yun. λίθος lat. líthos “daş”) bütün dünyada və eyni zamanda Azərbaycanda çox geniş yayılmışdır. Demək olar ki, bir çox adamlarda öd daşlarının əmələ gəlməsi və xəstəliyin inkişafı üçün şərait vardır. Öd öz-özlüyündə litogen (daş əmələ gətirmə) xüsusiyyətə malikdir. Ödün bu xüsusiyyəti və bir sıra şərait yaradan faktorlar (öd yollarının daralması, iltihabi dəyişikliklər, xəstələrin qidalanma xüsusiyyətləri və s.) ödün kristallizasiya ocağını yaradır, bu isə sonradan daşların əmələ gəlməsi ilə nəticələnir.
Öd kristalları bütün öd yollarında əmələ gələ bilər (qaraciyər daxili öd yolları, ümumi öd axarı və s.).
Mündəricat
1 Yaranma səbəbləri
1.1 Xolesterin daşları
1.2 Qara və qəhvəyi piqmentli öd daşları
2 Həmçinin bax
3 Mənbə
Yaranma səbəbləri
Xolesterin, qara və qəhvəyi öd daşlarının yaranma səbəbləri fərqlidir.
Xolesterin daşları
Şişmanlıq - əsas risk amilidir və qaraciyərdə xolesterinin artıq dərəcədə hasil olunmasıyla bağdaşdır.
Hamiləlik. Xoresterin daşları çox hamiləlik keçirmiş qadınlarda daha sıx rast gəlinir. Əsas təkanverici amilin hamiləlik zamanı yüksək progesteronun olması düşünülür. Progesteron öd kisənin yığılmasını azaldır, ödün kisədə uzunsürən ləngiməsi və qatılaşmasına gətirib çıxarır.
Ödün durğunluğu
Dərmanlar - estrogenlər, fibratlar, somatostatin analoqları
İrsi meyillilik
Qara və qəhvəyi piqmentli öd daşları
Qara öd daşları aşırı dərəcədə hemolizlə (qırmızı qan hüceyrələrinin parçalanması) ilə müşahidə olunan xəstəliklərdə rast gəlinir: oraq hüceyrəli anemiya, irsi sferositoz, beta-talassemiya.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə