Unitazdan duranda baxın! - bu hal varsa...

440 baxış

Xoralı kolit (XK) düz bağırsaq üçün xarakterik olan və yoğun bağırsağın dəyişkən uzunluğuna təsir etmək üçün proksimal yayılan bağırsağın iltihablı xəstəliyidir. Xəstəliyin dəqiq etiologiyası məlum olmadığı üçün o, çoxfaktorlu poligen xəstəlik hesab edilir. Etioloji faktor kimi ətraf mühit amilləri, immun disfunksiya və ehtimal olunan genetik meyillilik müəyyən edilmişdir. Əsas diaqnostik faktorlar risk faktorlarının mövcudluğu rektal qanaxma ishal nəcisdə qan Xoralı bağırsaq xəstəliyi- SAĞLAMLIQ Qeyri-spesifik xoralı kolit yoğun bağırsağın xroniki residivləşən xəstəliyi olub, onun selikli qişasının ağır dərəcədə diffuz formal xoralı-iltihabi zədələnməsi ilə xarakterizə olunur. Hazırda ingilis ədəbiyyatında bu termin daha dəqiq olaraq “xoralı kolit” kimi ifadə edilir. Bu xəstəlik müxtəlif ölkələrdə müxtəlif cür yayılıb. Belə ki, qeyri-spesifik xoralı kolitə xüsusilə şimal ölkələrindən ABŞ, Böyük Britaniya, Norveç və İsveç kimi ölkələrdə rast gəlinir. Qadın və kişilərdə rast gəlinmə tezliyi eynidir. Amerika Harvard Səhiyyə məktəbinin tədqiqatçıları professor Lori Qlimçerin rəhbərliyi altında siçanlar üzərində tədqiqat apararaq müəyyən etdilər ki, bağırsaqda tənzimləyici T-bet zülalının çatışmazlığı bakteriyaların bağırsaq divarından keçməsinə şərait yaradır. Bu da öz növbəsində yoğun bağırsaqda iltihabi proseslərə və xoraların yaranmasına gətirib çıxarır. Etiologiya. Qeyri-spesifik xoralı kolitin yaranmasında bir çox amillər rol oynaya bilər: infeksion, immunoloji, genetic və ətraf mühit faktorları. Lakin xəstəliyin patogenezində bağırsaq mikroflorası və virusların rolu hələki, öyrənilməkdədir. İnfeksion agentlərin xəstəliyin yaranmasında əsas factor olması indiyə kimi öz təsdiqini tapmamışdır. Bu sahədə daha çox genetik faktorlara üstünlük verilir. Emosional faktorları isə xəstəliyin kəskinləşməsində səbəb kimi göstərmək olar, xəstəliyin yaranmasında isə onun rolu sübut edilməmişdir. Ehtimal edilir ki, xəstəliyin yaranmasında autoimmune xəstəliklər daha böyük rol oynayır. Bu sahədə daha çox iltihab mediatorlarının, sitokinlərin və immune requlyator hüceyrələrin immune cavabın tənzimlənməsində rol oynadığını izah etməyə çalışırlar. Bir qrup tədqiqatçı isə xəstəliyin yaranmasını bağırsaq epitelisində enerji çatışmazlığı ilə əlaqələndirir. Patomorfologiya. Zədələnmə bir qayda olaraq düz bağırsaqdan başlayaraq proksimal istiqamətdə yayılır. Əgər proses yalnız düz bağırsaqda baş verərsə, bu xoralı proktit adlanır. Ancaq bu proses həmişə belə qalmır, bütünlükdə yoğun bağırsağın bütün şöbələrini zədələyərək, necə deyərlər, yoğun bağırsaqda bir dənə də salamat yer qoymur. Kron xəstəliyindən fərqli olaraq xoralı kolitdə patoloji proses xüsusi olaraq bağırsağın yalnız selikli və selikaltı qişasını zədələyir. Xoraların forma və ölçüləri fərqli olur, kənarları hamar, dibi qazılmış kimi görünür. Qeyri-spesifik xoralı kolit üçün əsasən bağırsağın boylama əzələləri istiqamətində 2-3 sırada yerləşmiş uzununa formal xoralar xarakterikdir. Kiçik xoraların dibi təmiz, böyüklərin dibi isə bozumtul rəngli fibroz ərp ilə örtülüdür. Xoraların perforasiyasına nadir hallarda baş verir. Bağırsaqda distali stiqamətdə morfoloji dəyişikliklər getdikcə artır. 18-30% hallarda qalça bağırsağın terminal hissəsi zədələnə bilər. Əksər vaxtlarda yoğun bağırsaqda psevdopoliplərə də rast gəlinir.

Demədi Demə

10:58 07.01.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə