Qastroenteroloq-hepatoloq Nazlı Qasımova
Tel: (055) 297 33 31
İnstaqram: dr_qatroenteroloq_hepatoloq
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, dünya əhalisinin ən azı 4 faizi hepatit C virusuna yoluxub. Ölkəmizdə də bu xəstəlikdən əziyyət çəkən çox sayda insanlar var. 1989-cu ildən artıq Azərbaycanda virusun müayinəsinə başlanılsa da, rəsmi qeydiyyatı 2001-ci ildən aparılmağa başlanıb. Müxtəlif regionlarda virusun müxtəlif genotipləri (hepatit A, B, C) yayılıb.
Düşünürəm ki, Hepatit C virusu ilə bağlı geniş məlumat oxucularımız üçün də maraqlı olardı. Uzun illər həkimlər bunu “nə “A”, nə də “B” virusu” kimi adlandırıblar. Sonralar C hepatiti virusunun strukturu, genetikası, fəaliyyət mexanizmləri öyrənilib. Virusun genetiplərinin öyrənilməsinin əhəmiyyəti ondadır ki, müxtəlif regionlarda virusun genotipləri müxtəlifdir. Bunlar da infeksiyanın ağırlıq dərəcəsinə, müalicəyə həssas olmasına görə fərqlənirlər.
Hepatit B nədir?
Hepatit B qaraciyərin virus infeksiyasıdır. Qaraciyəri zədələyən və yüksək dərəcədə yoluxma riski olan virusdur. Qaraciyər sirrozu və Qaraciyər xərçəngi kimi ağırlaşmalarla özünü göstərir.
Kimlər daha çox Hepatit B riski daşıyır?
• Qan köçürülmüş insanlar;
• Venadaxili narkotik qəbul edənlər;
• Hemofiliya xəstələri (tez-tez qan köçürülməyə məruz qaldığı üçün);
• Vücudun kəsici-dəlici bir cisimlə kəsilməsi (iynə batma, tatuaj (döymə etdirmə);
• Xüsusilə birdən artıq cinsi partnyor, Hemoseksualistlər. Yoluxmuş insanlarla öpüşmək (ağız suyu vəzlərində virus yükü az olsada çatlamış ve ya zədələnmiş dodaqlardan);
• Yoluxmuş hamilə qadından doğulan körpələr;
• Gözəllik salonları və bərbərlərdən istifadə edənlər (manikür, pedikür, dırnaq tutan, kəsici və dəlici alətlər);
Hepatit B-nin simptomları hansılardır?
Bir çox hallarda heç bir şikayət olmur. İnkubasiya (gizli dövr və ya xəstəliyin ilk əlamətlərinin meydana çıxması) müddəti təxminən 24 həftədir. Simptomlar olsa belə çox zəif və qripəbənzər (ürəkbulanma, zəiflik, halsızlıq, iştahsızlıq, hərarət, baş ağrısı, qarın ağrısı ) şəkildə olur. İllər boyu xəstəlik simptomsuz keçə bilir. Ancaq xəstə kəskin forma ve ağırlaşmaları ilə gəldikdə simptomlar qabarıq şəkildə özünü göstərir. Hepatit B –nin ağırlaşması Qaraciyər sirrozu və ya Qaraciyər xərçəngidir.
Hpatit B-nin müalicəsi mümkündürmü?
Hepatit B nin müalicesi tam mümkündür! Ancaq vaxtında və düzgün müalicə taktikası seçilərsə.
Nə vaxt mümkündür? – Hepatit B Qaraciyər Sirrozu və ya Qaraciyər xərçəngi ilə ağırlaşmayıbsa!
Əgər ağırlaşma olubsa belə yenədə Hepatit B müalicəsi individual taktika ilə aparılmalıdır.
Müalicə yalnız Həkim hepatoloq tərəfindən aparılmalıdır!
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə