Uşaqlar nə üçün peyvənd olunmalıdır ? - Həkim məsləhəti

657 baxış

Həkim-Pediatr Dr Kənan Qarayev
Tel: 050 587 18 48
Facebook: https://www.facebook.com/Dr-K%C9%99na...
İnstaqram: dr.kenan_qarayev

yoluxucu xəstəliklər və onların fəsadlarını aradan qaldırmaq müəyyən zaman tələb edir: "Məhz buna görə, valideynlərdən xahiş edirəm ki, uşaqlarını bu peyvəndlərdən kənarda qoymasınlar. Bir iynənin, vaksinin vurulması ilə uşaqların ağlamasına fikir verilməməlidir. Bir iynənin vurulmasından uşaqların ağlamasından narahat olmayın. Yoluxucu xəstəliklərə yoluxmaq və onun ağır nəticələri ilə üzləşməkdənsə, peyvəndin vurulması daha yaxşıdır. Yoluxucu xəstəliklər uşaqların orqanizminə mənfi təsir edir və bu fəsadların aradan qaldırılması bütün valideynlərə mənəvi və maddi cəhətdən zərbə vurur. Məhz buna görə də, bütün uşaqlar Milli Peyvənd Təqviminə uyğun olaraq peyvəndlə əhatə olunmalıdır".

G.Azadəliyeva bildirib ki, ölkəyə 9 adda vaksin gətirilir ki, bu vaksinlər 11 adda xəstəliyin qarşısının alınmasında mühüm rol oynayır. "Azərbaycanda uşaqlar doğum evində ilk 12 saat ərzində Hepatit B-yə qarşı peyvənd alır. Doğuşdan 3-7 gün ərzində uşaqlara vərəmə qarşı BSJ, uşaq iflicinə qarşı polimelilit peyvəndi vurulur. 2 aylığında göy öskürək, tetanus, difteriya qarşı HİP, pnevmoniya əleyhinə pnevmokok vaksini alır. Pnevmokok vaksini uşaqları pnevmoniyadan, meningitlərdən, artiritlərdən qoruyur. Bu ilin fevralın 15-dən 6 aylıq uşaqlara İPV vaksinini tətbiq edirik. Bununla yanaşı, pnevmokokun 3-cü vaksinini edirik. Bundan başqa, polimelitetə qarşı iynə şəklində vaksinasiyadan istifadə olunur. Bu polimelit viruslarından qoruyur. Bundan başqa, 1 yaşında uşaqlara qızılca, məxmərək, paratit vaksinasiyasını aparırıq. Bu vaksinasiyalar aparılması, uşaqlar bu xəstəlikləri ağır keçirdir. Uşaqlara təqvimə uyğun peyvəndlər vurulsa, onlar xəstəliklərə yoluxmaz və ya daha yüngül keçirər. Qızılca xəstəliyinə qarşı peyvənd olunan uşaq heç vaxt bu xəstəliyi keçirmir. Amma peyvənd almayan uşaqlarda bəzi hallarda bu xəstəlik nəticəsində şikəstlik əmələ gələ bilər və ya digər ağırlaşmalar baş verə bilər. 1 yaş 6 aylığında 5 komponentli HİP-in yerinə göy öskürək, tetanus, difteriya qarşı revaksinasiyası dediyimiz AKDS adlanan vaksindən istifadə edirik. Bununla yanaşı, polimelit revaksinasiyası aparılır. 6 yaş tamamında qızılca, məxmərəyə, difteriya, tetanusa qarşı peyvənd vurulur. Bu peyvəndləri zəncirvari tətbiq etməkdə məqsədimiz odur ki, müəyyən dövrlərdə vaksinasiyadan kənar qalan uşaqlar revaksinasiyalar nəticəsində immunitet qazansın və yoluxucu xəstəliklərə yoluxmasın".
 
Onun sözlərinə görə, sağlam uşaqlar mütləq peyvənd olunmalıdır. Müəyyən xəstəlik keçirən uşaqlara isə yalnız sağaldıqdan sonra peyvənd vurulmalıdır: "Uşaqların yalnız  pediatr yoxlamasından keçəndən sonra peyvənd olunmasına icazə verilir. Amma müəyyən xəstəliklər var ki, məsələn qan xəstəlikləri olan uşaqlara peyvənd vurulmamalıdır".

Demədi Demə

11:12 22.10.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə