Zobun müalicəsi - Düyünlü UR nədir?

883 baxış

Hipotireoz – qalxanabənzər vəzin funksiyasının kəskin aşağı düşməsi ilə yaranan xəstəlikdir. Xəstəlik anadangəlmə və ya qazanılmış olur.

Hipotireozu törədən səbəblər: 

•  bətndaxili dövrdə vəzin inkişaf qüsurları
•  vəzdə gedən proseslərin fəaliyyətdən qalması (atrofiyası)
•  cərrahi əməliyyatların nəticəsi (qalxanabənzər vəzin tam və ya hissəvi çıxarılması)

Hipotireozun əsas əlamətləri:

•  ümumi zəiflik, süstlük, halsızlıq
•  iş qabiliyyətinin kəskin aşağı düşməsi
•  yaddaş zəifliyi
•  yuxululuq
•  dəridə quruluq
•  saçların tökülməsi
•  üz və ətraflarda şişkinlik
•  baş ağrıları
•  qəbizlik

Xəstələrdə, həmçinin bədən hərarətinin aşağı olması və çəkinin artması (orqanizmdə mayenin durğunluğu nəticəsində) müşahidə olunur. Düyünlü (çoxdüyünlü) ur qalxanabənzər vəzin böyüməsi və müxtəlif düyünlü törəmələrin əmələ gəlməsilə xarakterizə olunan xəstəlikdir. Düyünlü törəmələr iki və daha artıq sayda olduqda isə bu, çoxdüyünlü ur sayılır.

Düyünlü uru törədən səbəblər: 

•  irsi meyillilik
•  ətraf mühitdə yod defisiti
•  stress
•  infeksiyalar
•  şüalanma
Düyünlü ur böyük olduqda boyun nahiyəsində sıxılma hissi, udqunma zamanı çətinlik; boyunun nəzərə çarpan dərəcədə böyüməsi meydana çıxır. Xəstəlik zamanı vəzin funksiyası pozulmaya da bilər.

Qalxanabənzər vəzdə düyünlü törəmələrin aşkar edilməsi:

Həkim boyun nahiyəsini palpasiya (əllərlə ilk müayinə) etdikdən sonra xəstəyə aşağıdakı müayinələri məsləhət görə bilər: 

•  ultrasəs müayinə

•  qalxanabənzər vəzin hormonlarının səviyyəsinin laborator təyini

•  qalxanabənzər vəzin hüceyrələrinə qarşı anti-cisimlərin təyini

•  nazik iynəli aspirasiyon biopsiyanın aparılması

•  sintiqrafiya-radioizotop skanerləşdirmə

Aparılmış müayinələr əsasında həkim bu müalicə taktikalarından birinə qərar verir:

Dinamik müşahidə - qalxanabənzər vəzin funksiyasının mütəmadi olaraq qiymətləndirilməsidir. Qalxanabənzər vəzin funksiyasının pozulmadığı və hormonların faizinin dəyişmədiyi halda həkim dinamik müşahidə taktikasını seçir. Bu zaman müalicə təyin edilmir, lakin vaxtaşırı həkimin qəbulunda olmağın zəruriliyi bildirilir.

Dərmanla müalicəni həkim təyin edir ki, bu da vəzin funksional vəziyyətindən asılıdır.

Cərrahi müdaxilə aşağıdakı hallarda zəruridir:

•  böyük toksiki düyün nəticəsində yaranan hipertireoidizm

•  hipertireoidizmlə müşayiət olunan diffuz toksiki ur (konservativ müalicə uğursuz olduqda)

•  düyün böyüdükdə, udqunma və nəfəsalmada çətinlik yarananda

•  böyük çoxdüyünlü ur

•  düyünlər bədxassəli olduqda

Demədi Demə

11:51 16.10.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə