-Toğrul həkim, bildiyimiz qədəri ilə siz ölkə xaricində də çalışmısız. Digər ölkələrlə müqayisə etsək, Azərbaycanda ən geniş yayılmış uşaq cərrahi patologiyaları hansılardır?
-Bəli, əvvəl Kazanda çalışmışam, daha sonra İsraildə olmuşam. Azərbaycan üçün spesifik xəstəliklər – hipospadiya – sidik kanalının orqanın altına açılması və kriptorxizm – xayaların yerinə enməməsi patologiyalarıdır. Xarici ölkələrdə bu qədər çox rast gəlməmişəm. Məncə bu Azərbaycanda qədimdən var: el arasında buna Peyğəmbər sünnəti deyilir.
-Axı o vaxt kimin uşağı belə doğulurdu, əksinə sevinirdilər ki, uşaq peyğəmbər nəslindəndir və əməliyyat da etmirdilər.
-Əslində, bu ciddi anomaliyalıdır. Belə uşaqlar ayaqüstə sidiyə çıxa bilmir, oturur. Orqanda ciddi deformasiya olur. Sidik kanalı yerinə açılmadığına görə gələcəkdə sonsuzluq, cinsi münasibətdə problem və psixoloji pozğunluq baş verir. Bu hallar təəssüf ki, insanın həyatını sarsıdır. Bu patologiyalar ən geci 1 yaşda əməliyyat olmalıdır. Yaş artdıqca uşaq üçün əməliyyat şərtləri çətinləşir, çünki patologiya dərinləşir, hətta düzəlməyəcək dəyişikliklər baş verir. Əvvəllər peyğəmbər sünnətinə sevinirdilər, bəli. Bunun nəticəsidir ki, həmin nəsil böyüyərək bu gün sonsuzluqla üz-üzədir. Niyə bu gün ailələrdə sonsuzluq faktları artıb? Hamısı vaxtında patologiyanın aradan qaldırılmaması səbəbindən. Və yaxud xayaların yerinə enməməsi patologiyası. Belə uşaqları 3-6 aya kimi izləyib, əgər yerinə enməzsə, 1 yaşa kimi əməliyyat vacibdir. Əməliyyat olmazsa, yuxarıda qalan xayalar temperatur fərqinə görə inkişafdan qalır, hətta əriyib yoxa çıxa bilər. Gecikmiş hallarda 8-10 yaşlarından sonra yuxarıda qalmış xaya bədxassəli şişə çevrilə də bilər. Ona görə valideynlər diqqətli olmalıdır, gözləmə mövqeyi seçməsinlər. İynə-dərman, masaj, kremlə xaya yerinə enmir.
-Tutaq ki, nə peyğəmbər sünnətində, nə ya xaya ennəsində əməliyyat olunmadı və böyüyüb 25 yaşa çatdı. Bu kişilərin övladı olurmu?
-Peyğəmbər sünnətində xayalar normaldırsa, süni mayalanma ilə övlad sahibi ola bilir. Lakin hər iki xaya yuxarıda qalıbsa, o zaman ata olmaq şansı yoxdur.
Günlərlə qarnını tutub ağrıyan uşağa qurd dərmanı veriblər,
son anda appendisit və peritonitdən əməliyyat etmişik
-Bizim valideynləri əməliyyata razı salmaq da çətindir.
-Bəli, çox çətindir. Başa salırıq, yenə də "bəlkə əməliyyatsız düzələr” sualını verir. Hipaspadiya, Kriptorxizm, yırtıqdırsa, qız uşaqlarında genitalus – cinsiyyət dodaqlarının birləşməsidirsə, bunun əməliyyatdan başqa yolu yoxdur.
Qızlarda böyrəküstü vəzlərin hiperplaziyasına rast gəlinir –cinsi orqan penis formasına oxşayır. Bu patologiyada dünyanı gəzsən də bir yolu var: əməliyyat.
Oğlan uşaqlarında hipospadiya – sidik kanalı hər iki xayanın ortasına açıldıqda, üstəlik orqan çox kiçik olduğundan klitora oxşadılır. Xayalar da çox kənarda olduğundan bu uşaqlara qız cinsi təxmin edirlər. Bu yaxında bizə 30 yaşında bir pasiyent müraciət etdi. Ona yanlışlıqla körpəlikdə qız uşağı cinsiyyəti təyin olunub. O böyüdükdən sonra anlayıb ki, qadın yox kişidir. Sonra özünü sübut edib, məhkəməyə verib, cinsini dəyişib və əməliyyat olunub. Təbii ki, belə hallar körpə ikən aşkar olsaydı bu qədər sarsıntı yaşanmazdı.
Bölgələrdə olan valideynlər uşaq doğulduqdan sonra evə gətirib saxlayır, aylarla uşaq cərrahına göstərmir. Əgər cinsiyyət üzvlərində ən kiçik anomaliya, nəsə fərqlilik hiss edirlərsə, dərhal uşaq cərrahına gəlməlidirlər. Çox patologiyalar var ki, hətta həkimi belə çaşdıra bilər.
Valideynləri yanlış yerə sürükləyən həkimlər də olur. Valideynin istəyi ilə bu işi gecikdirmək də olmaz. Sabah o uşaq böyüyüb, psixoloji problem yaşadıqda, həyatı məhv olduqda valideynini günahlandıracaq. Axı övladını sevən valideyn onun qüsurunu, problemini şans var ikən, körpəlikdə aradan qaldırmalıdır. Uşaq heç danışmır axı dərdini desin, ya əməliyyata razılıq versin. Valideynlər daha ayıq-sayıq olmalıdır
- Azərbaycanda Toğrul Ömərov adı ilə bağlı hansı əməliyyatlar daha çox səslənir. Ən səs-küylü, yaddaqalan əməliyyatınız hansılardır?
-Bunu mənim deməyim çətin olar. Biz daha çox kəsik olmadan laporoskopik cərrahiyyəyə üstünlük veririk ki, uşaqda dərin izlər qalmasın. Son zamanlar döş boşluğunun törəmələrinin çıxarılması kimi çətin əməliyyatları icra etdik. Ağciyər toxumasının sinqvester dediyimiz törəməsini əməliyyat etdik. Son 5 ayda 8 belə əməliyyat etmişik. Uşaq böyrəyində sidik kanalının darlığı, uşaqlarda əl-ayaqda 6 barmaqlılıq, barmaqların birləşməsi, çox böyük teratomaların çıxarılması əməliyyatları... Biz bu gün çalışırıq ki, dünya ilə ayaqlaşaq. Tezliklə Amerikadakı master-klaslara qatılıb, uşaqlarda anal atreziya- Hişpurn patologiyasının yeni metodla əməliyyatını öyrənəcəyik. Hər il əməliyyatlarda yeniliklər, dəyişikliklər baş verir. Bunları öyrənib tətbiq etmək lazımdır.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə