Qastroenteroloq-hepatoloq Nazlı Qasımova
Tel: (055) 297 33 31
İnstaqram: dr_qatroenteroloq_hepatoloq
https://www.facebook.com/DrNazli-Qasimova-2197011603688562/
Hepatit B bir qaraciyər virusudur.
İlkin olaraq qaraciyəri hədəf alan bir virusdur və qaraciyərə yoluxduqdan sonra qaraciyər sirrozu və qaraciyər xərçənginə qədər aparıb çıxara bilən bir virusdur. Bütün ölüm səbəbləri arasında 9-cu yeri tutar.
Hepatit B qaraciyərə qan yolu ilə yoluxduqdan sonra müxtəlif kliniki əlamətlərlə özünü göstərər. Kəskin, xroniki və ya ağırlaşmış formada olmasından asılı olaraq əlamətlər müxtəlif ola bilər. İlkin olaraq virus qaraciyərə yoluxduqdan sonra ilk 3 – 6 ay ərzində özünü kəskin şəkildə göstərər. Hansı ki, dəri və görünən selikli qişada rəngin saralması, ürək bulnma, qusma, halsızlıq, temperatur, nəcisin rənginin axoliq rəngsiz olması, sidiyin rənginin tünd olması, qırmızı kərpici rəngdə olması kimi şikayətlərlə xəstə gələ bilər. Və sağ qabırğa altında ağrılarla özünü şiddətli şəkildə göstərər. Xroniki formada gəldikdə isə virusa yoluxduqdan 6 ay müddətindən sonrakı mərhələ xroniki hepatit b olaraq adlanır. Xroniki hepatit b-də xəstə heç bir şikayət əlaməti verməz. Uzun müddət gedən xroniki hepatit b-lərdə hansı ki, qaraciyərdə artıq fibrozis dediyimiz daşlaşma başladıqda müəyyən bir, çox zəif kliniki şikayətlər verər ki, bunlar yüngül, bütün xəstəliklərin ümumi simptomu olan əzələ oynaq ağrısı, halsızlıq, yorğunluq, iştahsızlıq kimi şikayətlərlə özünü göstərir. Və daha irəliyə, qaraciyər ciddi zərər gördükdə, qaraciyər sirrozuna doğru getdikdən sonra isə qaraciyər sirrozu və ya qaraciyər xərçənginə doğru getdikdə qaraciyər xərçənginin əlamət və şikayətlərindən xəstə müraciət edər.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə