Qadınların hamilə qalması üçün BU iynəni vururlar

553 baxış

Facebook: https://www.facebook.com/uzm.dr.resadsultan/
İnstaqram: Ginekoloq.uzman.dr.resadsultan
Tel: +994 51 717 55 15

Hər qadının anadangəlmə yumurta ehtiyatı, onun artım tutumunu təyin edən faktorlardan biridir. Doğumla bərabər qazanılan bu yumurtalardan yetkinlik dövrü ilə menopoz dövrü arasında təxmini olaraq ayda bir yumurta içində olduğu folikul kisəsindən çıxar, yumurtlama meydana gəlmiş olar. Kisədən çıxan yumurta qadının fallop tübləri tərəfindən tutular və o günlərdə qorunmasız cinsi əlaqə yaşanmışsa sperma və yumurta birləşər, döllənmə reallaşar. Yumurtlama yəni yumurta çatlaması hadisəsi iki aybaşı dövrünün təxmini olaraq ortalarında yaşanır. Bu dövrdə estrogen və luteinləşdirici xormon səviyyələri ən üst səviyyəyə çatar və yumurta kisəsi böyüyər, çatlayar, yumurta çölə çıxar. Ancaq bəzı qadınlarda isə kisə istənilən böyüklüyə çatdığı halda folikul çatlaya bilməz və yumurta çölə çıxa bilməz. Bu vəziyyətdə döllənmə reallaşmadığı üçün təbii üsulla hamiləlik meydana gəlməz. Sonsuzluq şikayətiylə həkimə müraciət edən qadınlarda yumurtlama, yumurta çatlaması problemi təsbit edildiysə kisəni çatlada bilmək üçün inkişaf etdirilmiş yumurta HCG xormonu ehtiva edən çatlatma iynələrindən istifadə edilir. Yumurta çatlatma iynələri; qadının yumurtalarının istənilən böyüklüyə çatdığı, ancaq öz-özünə çatlaya bilmədiyi vəziyyətlərdə istifadə edilir. Yumurta çatlatma iynələrinin içindəki HCG xormonu qadın orqanizmində ifraz olunan luteinləşdirici xormon ilə eyni quruluşdadır. İynə tətbiq olunduğunda luteinləşdirici xormon səviyyələri yüksəlir və yumurta çatlayar.
Daha ətraflı videoda...

Demədi Demə

12:22 13.07.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə