Dişlərinizin dibini BU üsulla yoxlayın - Çürümə burdan başlayır

452 baxış

Üz-Çənə Cərrahı Dr. Rafiq Ibrahimov 
Əlaqə Tel: +994 50 331 50 50
Facebook: Dr. PhD Rafiq İbrahimov
İnstaqram: dr.phd_rafiq_ibrahimov

Diş rentgeni nədir? 
Diş rentgeni dişlərin,sümük və diş ətlərinin klinikada müayinə ilə görünməyən hissələrini göstərməyə yarayan bir şəkildir.

Uşağımdan nə məqsədlə diş rentgeni çəkilir? 
Diş rentgeni diş həkiminin dişlər ya da çənələrlə əlaqədar problemləri yoxlamasına kömək edən üsuldur. Məsələn ağız içi müayinə ilə yalnız böyük çürüklər diaqnoz edilə bilərkən, rentgenlə başlanğıc çürükləri təsbit edilə bilər. Ya da ağızdakı Absenin hansı dişdən qaynaqlandığı, dişlərdəki quruluş dəyişiklikləri, kök qırıqları, kista ya da şişlər rentgenlə təsbit edilə bilər.

Diş rentgeninin uşağa zərəri vardırmı? 
Müasir texniki və metodlarla çəkilən diş rentgenindən yayılan radiasiya minimal səviyyədədir. Bu səbəblə də diş rentgenindən yayılan radiasiyanın uşağa bir zərərinin olması mümkün deyil. Əksinə diaqnoz baxımından rentgendən əldə edilən fayda çox çoxdur.

Neçə növ diş rentgeni çəkilə bilər? 
Əsas olaraq ağız içi və ağız xaricindən olmaq üzrə iki növ diş rentgeni çəkilə bilər. Ağız xaricindən çəkilən rentgenlərdə film ağız xaricinə yerləşdirilərkən,ağız içindən çəkilən rentgenlərdə film ağız içinə yerləşdirilər. Ümumiyyətlə ağız içinə yerləşdirilən filmlər bir neçə diş və ətraf toxumalar izlənilə bilərkən, ağız xaricinə yerləşdirilən filmlərlə çənə sümüklərini də içinə alan daha geniş bir sahə izlənilməkdədir.
Daha ətraflı videoda...

Demədi Demə

17:00 03.06.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə