Dr. Fərrux Nağıyev (Qastroenteroloq-hepatoloq)
Tel: (077) 365 66 66
Facebook: https://www.facebook.com/dr.ferrux/
İnstaqram: Dr_ferrux
Hamiləlik zamanı hepatit C-nin xüsusiyyətləri
Qadın hamiləlik dövründə hepatit C-yə yoluxduqda iltihabi əlamətlər özünü göstərməyə bilər və ya əlamətlər zəif ifadə olunduğundan buna fikir verməyə bilər. Lakin virus tədricən qaraciyər hüceyrələrini sıradan çıxarır, bu da bəzən intoksikasiyaya səbəb olub, düşük hallarına təkan verə bilər.
Ayrı-ayrı tibbi göstəricilərə görə hamiləlik hepatit C-nin kəskinləşməsinə şərait yarada bilir. Əgər kəskinləşmə olmazsa, xəstəlik özü bir qayda olaraq, ananın və dölün vəziyyətinə mənfi təsir göstərmir. Lakin uzun müddətdən sonra (3-5 ildən çox) hamiləliyin pozulması hallarına daha çox rast gəlinir. Hepatit C 90% hallarda xroniki prosesə çevrilir. Hepatitin xroniki forması yoluxma anından 6 ay sonra inkişaf edir, kəskinləşmə və remissiya dövrləri ilə xarakterizə olunur.
Hepatit B nədir?
Hepatit B qaraciyəri zədələyən infeksion xəstəlikdir və törədicisi virusdur. Bu virusa yoluxma xəstə insanın qanı, sperması və ya uşaqlıq yolu ifrazatı kimi bədən mayeləri vasitəsi ilə baş verir. Hepatit B-yə yoluxduqda xəstəliyin kəskin fazası insanların əksəriyyətində əlamətsiz keçir və yoluxmuş böyüklərin çoxu heç bir müdaxilə olunmadan bir il ərzində sağalır. Körpələr və balaca (6 yaşına qədər) uşaqlar yoluxduqları hallarda isə xəstəlik sonradan çox vaxt xronik fazaya keçir və müəyyən müddətdən sonra qaraciyərin sirrozu və ya xərçənginə səbəb olur.
Hamiləlik zamanı HBV infeksiyasının təyin edilməsi
Hepatit B əleyhinə vaksinin istifadəsinə ilk dəfə 1981-ci ildə icazə verilmişdir. Lakin hepatit B virusunun anadan uşağa keçməsinin qarşısını almaq üçün immunprofilaktika tədbirlərinin bir hissəsi kimi bu vaksin ilk dəfə 1982-ci ildə ABŞ-da tövsiyə edilmişdir. 1991-ci ildə isə anada hepatit B-nin olub olmamasından asılı olmayaraq, həmin vaksin bütün yenidoğulmuşların vaksinasiyası üçün tövsiyə edilmişdir. Həmin dövrdən dünyanın bütün ölkələrində yenidoğulmuşlar arasında hepatit B infeksiyasının profilaktikası məqsədilə hepatit B əleyhinə vaksin uğurla tətbiq edilir. Hazırda bir çox tibbi cəmiyyətlər, o cümlədən, Avropanın və Amerikanın tanınmış tibb cəmiyyətləri tövsiyə edir ki, bütün hamilə qadınlarda hamiləlik dövründə hepatit B virusuna yoluxub yoluxmaması qanda HBsAg-nin (hepatit B virusunun səthi antigeni) təyini testi ilə yoxlanılsın. Hamiləlik dövründə hepatit B-yə yoxlanılmamış qadınlar doğuş üçün müraciət etdikdə isə hepatit B-nin olub olmaması doğuşdan öncə mütləq yoxlanmalıdır. Qeyd edilməlidir ki, bir çox ölkələrdə (Azərbaycan da daxil olmaqla) HBV infeksiyası, o cümlədən də, hamiləlik zamanı hepatit B infeksiyası barədə müvafiq səhiyyə orqanlarına həkim tərəfindən məlumat verilməlidir. Bunun məqsədi isə həm əhali arasında epidemioloji vəziyyətin düzgün təhlilinə yardım etmək, həm də doğuşdan sonra ana və uşağın sağlamlığının mühafizəsinin daha yaxşı təmin etməkdir. Hamiləlik zamanı hepatit B-nin olduğu müəyyən olunmuş hamilə qadınların müayinəsində növbəti addım onlarda xroniki qaraciyər xəstəliyinin olub-olmamasının müəyyən edilməsidir.
Hepatit B infeksiyasına hamiləlik və zahılıq dövründə yoluxma riski.
Hepatit B-yə qarşı vaksinasiya aparılmadıqda, perinatal dövrdə hepatit B virusunun hepatit B-yə yoluxmuş anadan yenidoğulmuşa ötürülməsi riski 5-90% təşkil edir. Bu risk həm də ananın qanında virusun aktiv bölünmə və yayılma statusundan (HBeAg ilə təyin edilir) asılıdır. Belə ki, qandan aparılmış laborator analizdə HBeAg pozitiv olan analardan hepatit B infeksiyasının yenidoğulmuşa keçməsi riski 70-90%-dırsa, HBeAg-neqativ olan analardan virusun yenidoğulmuşa ötürülməsi riski 10%-dən azdır. Hepatit B infeksiyasına yoluxmuş analardan doğulmuş uşaqların həm hepatit B vaksini, həm də hepatit B immunqlobulini ilə immunprofilaktikasının aparılması hepatit B virusunun həmin yenidoğulmuşlara ötürülməsi riskini 70-90%-dən 5-15%-dək azaltmaq mümkündür. Qeyd olunmalıdır ki, yenidoğulmuşlara həm hepatit B-yə qarşı vaksin, həm də hepatit B immunqlobulini verilməlidir.
HBV virusunun perinatal dövrdə uşağa ötürülməsinin yolu və vaxtı
Hepatit B virusunun anadan dölə (ana bətnində) ötürülməsi mexanizmi dəqiq məlum deyil. Lakin güman edilir ki, infeksiya doğuş zamanı və ya nadir hallarda hamiləlik zamanı ötürülə bilir. Uşağın doğulma yolu (təbii doğuş və ya keysəriyyə əməliyyatı ilə doğuş) Hepatit B infeksiyasının doğuş zamanı yenidoğulmuşa ötürülməsi riskinə təsir etmir. Döşlə əmizdirmə zamanı hepatit B infeksiyasının uşağa ötürülməsi riski mövcud olsa da, bu risk çox azdır. Doğuşdan sonrakı dövrdə yenidoğulmuşun hepatit B-yə qarşı vaksinlə və hepatit B immunqlobulini ilə immunprofilaktikasının yüksək effektivliyi onu deməyə əsas verir ki, hepatit B infeksiyasının anadan uşağa ötürülməsi daha çox doğuş zamanı və ya doğuşdan qısa müddət əvvəl baş verir.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə