Uşaqlarda allergiya əlamətləri - Dəridəki bu ləkə...

493 baxış

Facebook: Gunay Resulova Pediatr
İnstaqram: dr.gunay.resulova
Tel: (+994) 70 673 83 81

Allergik rinit-uşaqlarda çox sıx görülən allergik xəstəlikdir.
ƏLAMƏTLƏRİ:
Burun axıntısı,tıxanıqlıq,tez-tez asqırma,burunda qaşınma,davamlı öskürəklər,ağızdan nəfəs alma,iştahsızlıq,tıxanıqlığa bağlı yuxu pozğunluqları,əsəbilik və s.
İrsiyyətdə allergik xəstəliklər,astma.rinit olan,ilk doğuşdan olan,hamilə qadın yanında siqaret çəkmə,uşaq olan evdə siqaret çəkmə,yazda tozlanma dövründə doğulmuş uşaqlar,əlavə qidaya erkən başlama,ev tozu,ev heyvanları ilə təması olan uşaqlarda yüksək Allergik rinit və Astma riski vardır.
Allergik xəstəliyi olan uşaqlara özəl qida rejimi və həyat tərzi olmalıdır.Obliqat-mütləq allergik qidalar rasionda olmamalıdır(şirniyyatlar,fast-foodlar,qazlı içəcəklər,kofe,şokolad,çərəzlər,ketçup,ədviyyatlar,sitrus meyvələr,bal və s)Uşaqlar çirkli hava,ekoloji qeyri-təmiz,aşırı rütubətli ortamlardan uzaq tutulmalıdır.Uşağın yatağı yundan olmamalı,uşaq yatdığı otaqda xalça,palaz,otaq hava ətirləndiriciləri,"ayıcıq" tipli tüklü oyuncaqlar olmamalıdır.
Daha ətraflı videoda...

Demədi Demə

13:16 25.05.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə