Cinsi əlaqədən sonra qanama - Qadınlar Diqqət!

595 baxış

Tel: 055 882 38 34, 
        050 312 38 34
İnstaqram: https://www.instagram.com/ginekoloq.xayala.tahmazi/?hl=tr
Facebook: https://www.facebook.com/drxayalatahmazi/?eid=ARCMigf7lrSYus5DfJHJp6d7OxqdxArpzuXVi1j0_5gWUxiyhuICjeMU67noBvYYbmkEwtWRkrUk0crA

MAMALIQ VƏ GİNEKOLOGİYA İXTİSASINDA TİBB ELMLƏRİ ÜZRƏ Fəlsəfə Doktoru
Təbii (ağrısız) və Cərrahi (keysəriyyə) doğuşlar.Laporaskopik və açıq ginekoloji əməliyyatlar,histereskopiya,ginekoloji plastik əməliyyatlar,USM diaqnosika,
Sonsuzluğun müalicəsi,süni mayalanma, EKO

Universitet Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsi 1993-1999 Azərbaycan
Aspirantura Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Mamalıq və Ginekologiya 2000-2003 Azərbaycan
Uzmanlık Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Tibb elmlər üzrə fəlsəfə doktoru 2000-2007 Azərbaycan
Mamalıq və Ginekologiya ixtisası üzrə Dosent 2019-cu il Azərbaycan

Poliplər endometriumdan (uşaqlığın daxili səthi) inkişaf edib uşaqlıq boşluğuna doğru uzanan patoloji törəmədir. Onlar endometriumun hər hansı bir nahiyyəsinin normadan artıq böyüməsi sayəsində əmələ gəlirlər. Poliplər tək və ya çoxsaylı olmaqla uşaqlıq boşluğunun müxtəlif nahiyyələrində yerləşə bilər. Ən çox uşaqlıq dibi və boru uclarında yerləşirlər. Ölçüsü bir neçə mm-dən bir neçə sm-ə qədər olur. Poliplər ya incə ayaqcıq, ya da qalın əsasla endometriuma bağlanır. Bəzən isə ayaqcıq o qədər uzun olur ki, polip boşluqdan uşaqlıq yoluna sallanır. Poliplər qadınlarda hər yaş dövründə əmələ gələ bilir, ancaq daha çox 40-50 yaş aralığı qadınlarda rastlanılır.

Polipin əlamətləri
Poliplərin ən əsas klinik əlamətləri menstruasiya pozğunluğunun əmələ gəlməsidir. Menstural pozğunluqlar özünü müxtəlif şəkildə göstərir. Belə ki, bu zaman  menstruasiyanın tez-tez və düzənsiz olması, menstruasiya arası dövrdə qanaxmaların olması kimi əlamətlər ortaya çıxır. Bunlardan əlavə sonsuzluq, menopauzada olan qadınlarda uşaqlıq qanaxması, polipin böyük ölçüsündə sancışəkilli ağrı əlamətləri də meydana çıxa bilər.

Polipin yaranma səbəbləri
Poliplərin yaranma səbəbləri tam məlum olmasa da, onların inkişafında hormonal fonun pozğunluqlarının müəyyən qədər rolu vardır. Burada əsasən estrogen hormonunun aktivliyi mühüm rol oynayır. Bundan başqa süd vəzi xərçənginin müalicəsində istifadə olunan tamoksifen preparatı da uşaqlıq daxili polipə səbəb ola bilər.

Demədi Demə

15:28 07.05.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə