Facebook: Gunay Resulova Pediatr
İnstaqram: dr.gunay.resulova
Tel: (+994) 70 673 83 81
Uzun illərdir, dünyadakı bütün analar körpələri üçün uşaq bezlərindən istifadə edirlər. Nənələrin “bez uşağın ayağını əyir, ziyandı” kimi sözlərinə baxmayaraq, indi uşaq bezi işlətməyən ana tapmaq mümkün deyil. Bəs yaşlı nəslin nümayəndələrinin iddia etdiyi kimi, bez həqiqətənmi uşaq sağlamlığına ziyandır?
Oğlan uşaqlarında sonsuzluq, uşaqlarda sistit yaradırmı?
Günümüzdə anaların işini rahatladan bütün vasitələrdən izafi, yerli-yersiz istifadə uşağa zərər verə bilər. Amma düzgün istifadə edildikdə zərərdən daha çox fayda verə bilər. Bez seçimində valideynlər ilk növbədə keyfiyyət məsələsinə üstünlük verməlidilər: “Düzdür, bu, bir az da maddi vəziyyətlə bağlı olan məsələdi. Amma valideynlər ucuz və keyfiyyətsiz bezlərdənsə daha rahat, əsnək olan, mayeni özünə çəkə bilən və dermatitə səbəb olmayan keyfiyyətli bezlərə üstünlük verməlidirlər ki, bəzi sıxıntılarla üzləşməsinlər. Bez uşağın ayına, çəkisinə uyğun düzgün seçilməlidir. Bəzən uşağın yaşı az olsa da, çəkisi çox olur. Valideyn də bezi sırf uşağın yaşına uyğun alıb taxır, bu zaman bez körpəni sıxır, diskomfort yaradır. Bez tez-tez, vaxtlı-vaxtında dəyişdirilməlidir. Bir də görürsən ana uşağa səhər taxdığı bezi axşam çıxarır. Əlbəttə, bu, doğru deyil. Bu zaman bezin içindəki dəri nəm qalır. Nəmlik isə dəridə göbələk infeksiyasınin əmələ gəlməsinə şərait yaradır. Bezlə təmasda olan dəri bölgəsinin dermatiti, qızarıqlıq, qaşınma, dəri problemləri, infeksiya kimi problemlər olmasın deyə bezdən düzgün istifadə önəmlidir.
Daha ətraflı videoda...
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə