Mədədə Qıcqırma, Göynəmə, Yanma hissi olan hər xəstə əməliyyat olmalıdırmı?

664 baxış

-Rəsmi facebook səhifəmiz - 
https://www.facebook.com/drtaryelomerov/​
https://www.facebook.com/ABMSA/​

-Əlaqə nömrəsi - 
055-790-01-09
070-790-01-09

Artıq səhifəmizi izləyərək, hər həftə "Bariatrik Cərrahi Əməlliyyatlar" mövzusunun ən vacib məqamlarına toxunan, maraqlı videolardan məlumatlana biləcəksiniz. Videoları izləməklə, bu əməliyyat haqda ən çox verilən suallar, bilməli olduğunuz vacib məqamlar və həkim tərəfindən açıqlanan maraqlı faktlardan xəbərdar olacaqsınız.

Laparoskopik Bariatrik-Metobolik Cərrah PhD. Op. Dr. Taryel Ömərov tərəfindən təqdim olunan, ilk və çox vacib buraxılışı sizinlə paylaşırıq. Mövzumuz "Bariatrik əməliyyat (mədə kiçiltmə) kimlər üçün göstərişlidir? sualına həsr olunub. Rəy bölümündə Sizi maraqlandıran sualları qeyd edə bilərsiniz.

Qastro-ezofageal reflyuks xəstəliyinin simptomlarının kökündə, qida borusunun uzun  müddət, çox miqdarda mədənin turşu tərkibli içəriyi ilə təması yatmaqdadır. Mədənin turşu tərkibinin qida borusu ilə uzun müddətli təması qida borusunun selikli qişasında  zədələnməyə yol açır və bu da yanma hissinin əmələ gəlməsinə səbəb olur. Normal olaraq qida borusunun alt ucunda aşağı qida borusu sfinkteri dediyimiz əzələdən əmələ gələn qapaq bənzəri bir struktur mövcuddur. Bu struktur turşunun qida borusuna geri qayıtmasının qarşısını alaraq mədənin içində qalmasını təmin edir. Reflyuks xəstəliyində isə bu sfinkterin gərginliyi aralıqlar ilə zəifləyir və mədənin turşu tərkibli içəriyi qida borusuna geri qayıdır. Bu vəziyyət çox hallarda idiopatikdir, yəni səbəbi bəlli deyildir. Qida borusunun diafraqma dəliyinin sürüşən yırtığı, piylənmə xəstəliyi, bəzi dərmanların xroniki qəbulu, bəzi sistemli kollagen xəstəliklər reflyuks xəstəliyinin digər səbəbləridir.
Daha ətraflı videoda...
 

Demədi Demə

14:59 01.05.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə