Uşaqlarda xaya əməliyyatı - Xayası yoxdursa...

957 baxış

Uşaq Cərrahı və Uroloqu Vüsal Cəfərov
Tel: 055 560 40 03
       070 204 15 80
İnstaqram: usaq_cerrahi_vusal_cafarov
Facebook: Vusal Ceferov

Kriptorxizm nədir?
Kriptorxizm termini enməmiş testis anlayışı ilə sinonim olub, xayanın xayalıqda olmadığı bütün hallar üçün istifadə edilir.

Xayalar xayalığa necə enir?
Bətndaxili inkişafın ilk ayında xayalar peritonarxası sahədə, onurğa sütununun yanlarında, II-III bel fəqərələri səviyyəsində, ilkin böyrəyə söykənmiş vəziyyətdə yerləşir. Xayaların enmə prosesi proqramlaşdırırlmış bir prosesdir. Belə ki, enmə prosesində xayalar gubernakulumun yaxud digər adı ilə Hunter bağının yolunu izləyir. Bu birləşdirici toxumadan ibarət bağ xayanın aşağı qütbünə birləşərək xayalıq istiqamətində gedir. Bu şəkildə xayalar hazır anatomik trakt (yol) izləməklə 4-6 ci ayda qasıq kanalının daxili dəliyi səviyyəsinə enir. 7-ci ay boyunca xayalar qasıq kanalını keçərək 8-ci ayda qasıq kanalının xarici dəliyi səviyyəsinə çatır. 9-cu ayda xayalığa enməklə uşağın doğum anında xayalıqda olur.

Daha ətraflı videoda...

Demədi Demə

13:23 01.05.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə