Qadında uşaqlıq çıxarılsa - Nə baş verər?

420 baxış

Facebook: https://www.facebook.com/uzm.dr.resadsultan/
İnstaqram: Ginekoloq.uzman.dr.resadsultan
Tel: +994 51 717 55 15

Klimaks və ya menopauza - orqanizmin təbii “qocalma” prosesinin mərhələsidir. Qadında menstruasiya (aybaşı) ardıcıl olaraq 12 ay olmadıqda, klimaksdan söhbət açıla bilər. Klimaksın başlamasına səbəb yumurtalıqların fəaliyyətinin dayanması və qanda qadın cinsi hormonların səviyyəsinin aşağı düşməsidir.

Klimaks, klimakterik dövr – qadın cinsi sistemi üzvlərinin geriyə inkişafı dövrüdür. Klimaks, ilkin olaraq yumurtalıqlarda yumurta hüceyrəsi yetişdirilməsi prosesinin tədricən pozulması ilə başlayır. İlk zamanlarda yumurta hüceyrəsi özünün tam yetişkənlik səviyyəsinə çatmadığı üçün ovulyasiya da baş vermir. Bütün bunlar, yaşın artması ilə əlaqədar olaraq, qadın orqanizmində progesteron və estrogen kimi, qadın cinsi hormonların hazırlanmasının azalması səbəbindən baş verir. Əvvəlcə aybaşılar qeyri-müntəzəm xarakter alır. Aybaşı bəzən qısa, bəzən uzun çəkir, bəzən bir neçə ay fasilədən sonra yenidən başlayırlar. Daha sonda isə aybaşı tamamilə və həmişəlik olaraq yox olur. Qadının yumurtalıqlarında yumurta hüceyrələrinin yetişdirilməsi, ovulyasiya və sarı cismin yaranması prosesi də dayanmış olur. Bu zaman yumurtalıqların ölçüləri də kiçilir. Dəyişikliklər qadın orqanizminin digər orqan və sistemlərində də (sinir, qan-damar, həzm, sidik ifrazı və s.) baş verir.

Demədi Demə

11:41 24.04.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə