Körpələrdə bol sulu qarıngetmə - Bu əlamətlər varsa...

420 baxış

Facebook: Gunay Resulova Pediatr
İnstaqram: dr.gunay.resulova
Tel: (+994) 70 673 83 81

Diqqət!! Rotavirus infeksiyası!! 
Uşaqlarda son günlər qusma, ishal, qarında ağrı şikayətləri ilə keçən bu infeksiya çox yayılıb. Rotavirus infeksiyası uşaqdan uşağa hava damcı yolu ilə keçən bir infeksiyadır. Uşaqları xəstə uşaqlarla təmasdan qorumalısınız. Bu infeksiya zamanı uşaq qusma, ishalla su və elektrolit itirə biləcəyinə görə mütləq həkim nəzarətində olmalıdır. Müalicə üçün gecikdirilmə xəstəxanaya yatış və yatış müddətinin uzanmasına səbəb ola bilər. Qusması, qızdırması olan uşağı çox zaman təəsüf ki valideynlər ilk olaraq həkimə yox, çöpçüyə aparır, son zamanlar müalicəsi gecikib ağırlaşan uşaqlar da məhz bu səbəbdən ağırlaşır. 
Müalicəsi digər viruslarda olduğu kimi simptomatik, əsasən də maye və elektrolit itkisinə nəzarət etməkdən ibarətdir. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq müalicə evdə və ya xəstəxanada aparılır.
Qorumaq üçün uşaqları toplum içərisinə aparmamaq, onlara gigiyena qaydalarını ciddi aşılamaq, şübhəli və zərərli qidalardan uzaq tutmaq lazımdır. 
Sağlam olun! 
Hörmətlə: Sizin Pediatr: Dr. Günay Rəsulova.

Demədi Demə

10:58 19.04.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə