PEYĞƏMBƏR SÜNNƏTİ ilə doğlan uşaqlar - Valideynlər izləsin

489 baxış

Tel: 050 672 92 24
Əməliyyatlarımızı bu kanalımızdan izləyə bilərsiniz: https://www.youtube.com/c/DrTogrulOmarov/videos
Facebook: PhD Op.Dr. Togrul Omarov-Uşaq Cərrahı
İnstaqram: drtogrulomarov_usaq_cerrahi

Hipospadiya nədir?
Hipospadiya sidik kanalının xarici dəliyinin cinsiyyət orqanının ucunda deyil alt səthində bir yerə açılmasıdır.Bu anomaliyada cinsiyyət orqanının baş hissəsi ön tərəfdən dəri ilə örtülmədiyindən bunu çox zaman peyğəmbər sünnəti də adlandırırlar. Belə uşaqlar böyük yaşlarda sidiyə adətən oturaraq gedir.

Hipospadiyanın hanı tipləri var?
Sidik kanalının xarici dəliyinin açıldığı nahiyyədən asılı olaraq hipospadiyanın bir neçə forması var. Belə ki, glanular formada sidik kanalının xarici dəliyi  cinsiyyət orqanının başına , subkoronal formada cinsiyyət orqanının başı ilə cisminin sərhəddinə, distal penil formada cinsiyyət orqanının baş hissəsinə yaxın, midshaft formada cinsiyyət orqanının cisiminin orta hissəsinə, proksimal penil formada cinsiyyət orqanının başlanğıc hissəsinə , penoskrotal formada cinsiyyət orqanı ilə xayalığın arasına, skrotal formada xayalığa, perineal formada aralıq nahiyyəsinə açılır.
Daha ətraflı videoda...

Demədi Demə

16:20 17.04.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə