Uşağınızda xaya yerində yoxdursa - Mütləq izləyin!

430 baxış

Tel: 050 672 92 24
Əməliyyatlarımızı bu kanalımızdan izləyə bilərsiniz: https://www.youtube.com/channel/UCp6mLrKSjzvo7-IrEwwz5-g/videos
Facebook: PhD Op.Dr. Togrul Omarov-Uşaq Cərrahı
İnstaqram: drtogrulomarov_usaq_cerrahi

Kriptorxizm nədir?
Kriptorxizm termini enməmiş testis anlayışı ilə sinonim olub, xayanın xayalıqda olmadığı bütün hallar üçün istifadə edilir.

Xayalar xayalığa necə enir?
Bətndaxili inkişafın ilk ayında xayalar peritonarxası sahədə, onurğa sütununun yanlarında, II-III bel fəqərələri səviyyəsində, ilkin böyrəyə söykənmiş vəziyyətdə yerləşir. Xayaların enmə prosesi proqramlaşdırırlmış bir prosesdir. Belə ki, enmə prosesində xayalar gubernakulumun yaxud digər adı ilə Hunter bağının yolunu izləyir. Bu birləşdirici toxumadan ibarət bağ xayanın aşağı qütbünə birləşərək xayalıq istiqamətində gedir. Bu şəkildə xayalar hazır anatomik trakt (yol) izləməklə 4-6 ci ayda qasıq kanalının daxili dəliyi səviyyəsinə enir. 7-ci ay boyunca xayalar qasıq kanalını keçərək 8-ci ayda qasıq kanalının xarici dəliyi səviyyəsinə çatır. 9-cu ayda xayalığa enməklə uşağın doğum anında xayalıqda olur.
Daha ətraflı videoda...

Demədi Demə

14:40 03.04.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə