SPİD xəstəliyi - Hamiləlikdə bu virus uşağa keçə bilərmi?

458 baxış

Şəhla Hüseynova (Ginekoloq)
Tel: 050 989 82 52
İnstaqram: Ginekoloq_shehla.huseynova
Facebook: facebook.com/Dr.ShehlaHuseynova/

Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) İİV-İnsanın İmmun Çatışmazlıq Virusu tərəfindən törədilır.

    Virusa yoluxmuş partnyorla cinsi əlaqə, həmçinin viruslu qan, iynə və şırınqalar da İİV- ə yoluxma səbəbləri arasındadır. 

    Həyati təhlükə yaradan xroniki xəstəlikdir. İİV  insana yoluxduğu zaman virus onun orqanizmində ömür boyu xroniki formada qalır. İmmun sistem zəifləyən zaman virus aktivləşir və bu zaman QİÇS xəstəliyi meydana çıxır. Müalicə olunmadıqda İİV yoluxmuş hamilə qadın hamiləlik və doğuş zamanı bu virusu körpəsinə ötürür. Eləcə də ana südü ilə qidalanma zamanı yoluxma mümkündür. 

    İİV yoluxduqdan sonra bir neçə həftə ərzində xəstədə yüksək hərarət, başgicəllənmə, boğaz ağrısı kimi əlamətlərə rastlanır. İmmun sistem zəiflədikcə çəkinin azalması, temperatur, ishal, öskürək, limfa vəzilərində şişkinlik və.s kimi simptomlar meydana çıxır. Qeyd edək ki, bu əlamətlər İİV ilə yoluxduqdan illərlə sonra baş verə bilər.
    İİV testi hamiləlik zamanı aparılan rutin testlərdən biridir. Hamilə qadının körpəsinə bu infeksiyanın ötürülməsinə mane olacaq bir çox müalicə üsulları mövcuddur. Hamiləlikdən əvvəl və ya hamiləlik zamanı istifadə edilən antiviral dərman preparatları xəstəliyin gedişini yüngülləşdirir, ömrünün uzanmasına səbəb ola bilər.

       İİV infeksiyalı qadına düzgün antenatal xidmətin aparılması sayəsində İİV ineksiyalı anadan tam sağlam uşağın doğulması şansı çox yüksəkdir. Hamiləlik dövründə antiretrovirus terapiyanın aparılması və hamiləliyin planlı Qeysəriyyə kəsiyi əməliyyatı ilə başa çatdırılması sayəsində dölün yoluxma riskinin 20%-dən 1%-dən də aşağı səviyyəyə endirilməsinə nail olunmuşdur. Anada virusun konsentrasiyası az olduqda və əlavə terapiya aparıldıqda təbii yolla doğuş da mümkündür. Əgər körpə infeksiyaya yoluxmuş olarsa, erkən müalicə olunduqda xəstəliyin dərinləşməsinin qarşısı alına bilər.

Demədi Demə

11:26 29.03.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə