Şəhid qardaşının qisasını 47 erməni öldürüb alan Xüsusi Təyinatlı

520 baxış

Demədi Demə kanalı vətən müharibəsi iştirakçılarını tanıtmaqda davam edir. 

Bu gün sizə  Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına ŞƏHİD olan Ağdam rayon Sarıcalı kənd sakini Yusifov Anarı tanıdacağıq

Məkanın cənnət olsun ŞƏHİDİM

Şəhid qardaşının qisasını 47 erməni öldürüb alan Xüsusi Təyinatlı

Yusifov Anar Sərxan oğlu 1991-ci mayın 9-da Ağdam rayonunun Sarıcalı kəndində anadan olub .  
Orta məktəbi bitirdikdən  sonra Ağdam Dövlət İqtisad Kollecində maliyə-kredit fakultəsinə qəbul olur . 2010-cu ildə hərbi xidmətə yollanıb. Atasının xəstəliyini nəzərə alaraq uşaqlıqdan  arzusunda olduğu hərb sahəsinin "kitabını  bağlayan" Anar ,  General Polad Həşimov şəhid olandan sonra  könüllü olaraq döyüşmək üçün ərizə ilə səfərbərliyə  müraciət edir . Döyüşlər başlayandan sonra yenidən Səfərbərlik Xidmətinin Ağdam şöbəsinə gedir və  könüllü olaraq cəbhəyə yollanmaq istədiyini bildirir.
 Şəhid olmazdan təxminən 1 saat əvvəl atası Sərxan əmiylə  telefonla danışıb. Telefon danışığı zamanı Anar atasına deyib ki,  "buralar çox səfalı yerlərdir,  indi başa düşürəm ermənilər buraları niyə işğal edib . "
 Sərxan əmi oğlunun dəfnində : “Anar tək mənim oğlum deyil, Azərbaycanın oğludur. Bu gün qan bahasına o torpaqları işğaldan azad etdik. Onlar gələcək nəsil üçün bir örnək yaratdılar. Bütün şəhid anaları, ataları başlarını dik tutsun. Bizim uşağımız Vətən yolunda şəhid olub. Onların şəhid olduğuna görə heyfslənə bilmərik ” demişdi .
Anarın döyüş yolu Füzulidən başlayaraq, Cəbrayıl, Zəngilan və Qubadlıya qədər davam edib.   2020-ci il oktyabrın 30-da  Qubadlı istiqamətində gedən döyüşlər zamanı şəhid olub.  3 övladı 2 qızı 1 oğlu yadigar qalıb .  Körpə qızı Ahu atasının şəhidliyindən sonra dünyaya gəlib .

Demədi Demə

11:09 15.03.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə