ZİBA ANA "Qayınım üçün qazılan qəbirdə iki şəhid oğlumu dəfn etdik"
1992-ci ildə qayınım könüllü olaraq döyüşlərə getmişdi. Döyüşdə çox ağır yaralanıb və şəhid olub. Qayınım Polad Əsgərovla başqa şəhidin nəşi dəyişik düşmüşdü. Biz həmin şəhidi dəfn etdikdən sonra adətə uyğun olaraq mərasimləri verdik. Hələ 40 gün olmamış bildik ki, dəfn etdiyimiz başqa şəhiddir. Amma biz mərasimi dayandırmadıq. Qayınım üçün isə başqa məzar qazdıq. Onun üçün də öz əzizimiz kimi bütün mərasimləri təşkil etdik. O, şəhid cəmi 24 gün qazdığımız məzarda yatdı. Daha sonra ailəsi gəlib götürdü. Amma məzarı boş qaldı. İllər keçdi, düz 24 il sonra təsadüfən Nurlanımı elə qazılan həmin məzarda torpağa tapşırdıq.
Vətən anadır, biz övladıyıq... Bu ifadənin nə qədər gerçək olduğunu Azərbaycan Ordusunun qəhrəman əsgərləri sayəsində 44 gün içərisində bütün dünya gördü və bildi..
İkinci Qarabağ müharibəsində qanı bahasına torpaqları işğaldan azad edən şəhidlərimiz, qazilərimiz oldu. Şəhidlərimiz arasında qəhrəmanlıqları ilə dillərə dastan olan iki qardaşdan danışacam. O iki qardaş ki, uşaq yaşlarından Vətənə böyük sevgi və məhəbbətlə böyüdülər.
Söhbət Masallı rayonunun Viləş kəndində anadan olan Əsgərov Nurlan Bayram oğlundan və Əsgərov İntiqam Bayram oğlundan gedir
Şəhid qardaşların ikisi də hərbçi olmağı seçib və Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat bölüyünün qəhrəman hərbi qulluqçularından olublar. Onlar yalnız bir ailənin iki oğlu deyil, iki qardaş deyil, həm də döyüş yoldaşı olublar. Heç vaxt bir-birilərindən ayrılmayan qardaşlardan Nurlan Əsgərov Aprel döyüşlərində, İntiqam Əsgərov isə İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıb.
İki övladını Vətən uğrunda torpağa tapşıran şəhid anası Ziba Əsgərova oğlanları ilə fəxr etdiyini deyir. Ürəyi köz olub yansa da, Ziba ana Nurlanla İntiqamın bu dünyada olduğu kimi, cənnətdə də birlikdə olduqlarını, bir-birilərini qoruduqlarını deyir.
İntiqam 1991-ci, Nurlan 1995-ci ildə doğulub. Aralarında 5 yaş fərq var idi. İkisi də uşaq yaşlarından Vətənə bağlı olublar. Həmişə deyirdilər ki, hərbçi olacağıq. Ana kimi oğullarımın hərbçi olmaq istəyi məni sevindirib. Onlara görə hər an, hər saniyə qorxmuşam, nigaran qalmışam. Amma istəklərinə qarşı gəlməmişəm. Mən övladımı geri çəkim, o biri geri çəksin, bəs Vətənin keşiyində kim dayansın?
Hər iki oğlum Aprel döyüşlərində iştirak edib. Çiyin-çiyinə vuruşublar. İntiqam danışırdı ki, bir qədər irəlilədikdən sonra Nurlanla fərqli dəstələrə daxil olublar. Talış kəndi tərəfə getsələr də, istiqamətləri fərqli olub. Döyüşlər başlayıb. Düşmən Nurlangilin mövqelərini atəşə tutub. İntiqamgilin dəstəsi ora çatana qədər minaatan mərmisindən bir neçə dəfə atəş açılıb. Sonuncu mərmi Nurlanın yaxınlığına düşüb. İntiqam deyir ki, Nurlanla birlikdə bir neçə əsgər də həmin yerdə şəhid olub.
İntiqam onlara çatanda birinci qardaşını soruşub. Heç kim Nurlanın şəhid olduğunu deməyə ürək etməyib. Düşmən atəşi səngiyən kimi İntiqam döyüş meydanından yaralıları və şəhidləri çıxarmağa gedib. Qardaşının yanına çatanda görüb ki, hələ sağdı. Amma cəmi 30 saniyə nəfəsi üstündə olub. 21 yaşlı Nurlanım qardaşının qollarında, son dəfə İntiqamın gözlərinə baxıb və şəhid olub. Mərmi Nurlanın bədənini parçalayıb. İntiqam ətrafa baxıb ki, iki yaralı var. Yaralananlardan birinin ayaqları yox idi. Qardaşını qoyub, birinci həmin yaralılara ilkin yardım göstərib, təhlükəsiz yerə çıxarıb. Ən sonda öz qardaşını çiyinlərinə alıb gətirib.
ntiqam Nurlanın ölümü ilə barışa bilmədi. Qardaşının nəşini döyüş meydanından çıxarandan sonra silahlanıb, düşmənin üzərinə getmək istəyib. Hərbçi yoldaşları onu güclə saxlayıblar. Amma mən bilirdim ki, İntiqam geri dönən deyil. Həmişə deyirdim ki, Aprel döyüşlərinin şahidi də, şəhidi də mənim evimdən olub. O gündən sonra İntiqam soyadının yerinə Qisas ləqəbini götürdü. İntiqam Qisas...
Bəli, gələ bilmədi. Nurlanımı 24 il bundan qabaq qazılan məzarda dəfn etdik. Sanki mənim taleyimə yazılmışdı oğullarımdan birinin şəhid olacağı. Amma bilməzdim ki, bu uca zirvə, bu şərəfli yol iki balama da nəsib olacaq.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə