Şəhidimizin övladı doğuldu - BAXIN

338 baxış

Şəhid Şəhriyar Ağamalıyevin 2-ci övladı dünyaya gəlib.
Nexeber.az bildirir ki, doğum Elmi-Təqiqat Mamalıq və Ginekologiya İnstitutunda cərrah mama-ginekoloq Xəyalə Təhməzinin nəzarəti altında həyata keçirilib. Şəhidimizin qız övladına Şəhrinur adı verilib. 
Qeyd edək ki, Hacıqabuldan olan şəhid kəşfiyyatçı zabit Şəhriyar Ağamalıyev sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. 
Azərbaycan Ordusunun leytenantı olan Şəhriyar Ağamalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Ağamalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Demədi Demə

19:04 22.02.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə