Vətən savaşı davam edir.
Rusiya sülhməramlılarının Qarabağdakı özbaşınalığı ölkədə narahatlıq yaradıb. Ortada yeni xəritə qalmaqalı var.
Kreml niyə öhdəliyi pozur? Rəsmi Bakı onlara necə cavab verməlidir?
Bu davranış müharibəni yenidən başlada bilərmi?
İran Ərdoğanın paradda söylədiyi bayatıdan niyə narahatdır?
Bu videooyada bu suallara cavab tapmağa çalışacağıq.
Sualların şərhinə keçməzədn öncəisə sizə yaxşı bir xəbərim var.
Türkiyənin köklü humanitar təşkilatlarından biri olan" Uluslararası yardımlaşma və iş birliyi dərnəyi" Qarabağımızın işğaldan azad olması şərəfinə və bu azadlığın təmin olunmasında canından keçən 2783 şəhidimizin xatirəsinə Afrikanın yoxsul və susuzluqdan əziyyət çəkən bölgələrindən birində su quyu qazdırıb. "Özgür Karabağ" adlandırılan quyudan su içəcək hər kəsin duası şəhidlərimizin ruhu üçün olacaq.
Bu haqda məlumatı təşkilatın idarə heyyətinin üzvü və Azərbaycan təmsilçisi telejurnalist Turan İbrahimov verib. O pandemiya səbəbindən açılışda şəxsən iştirak edə bilmədiklərini, ancaq quyunun vaxtında qazılıb ərsə gəlməsinə nail olduqları üçün sevincli olduğunu qeyd edib.
Pauza kadrlar Turandan.
Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilməsi qəbuledilməzdir. Heç kəsə belə bir ixtiyar verilməyib. Rusiya sülhməramlılarının regionda bir missiyası var, o da müəyyən müddət ərzində sülhü təmin etmək. Heç kəs unutmamalıdır ki, bu torpaqlarda tək söz sahibi Azərbaycandır.
“Buna görə də Rusiya sülhməramlılarının hazırlayıb yaydığı xəritə qeyri-realdır. Rusiya tərəfi yaxşı bilir ki, bu ölkənin sülhməramlılarının Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və çoxsaylı suallara, cəmiyyətin müəyyən qruplarının narazılığına səbəb olub. Baş verən yeni hallar isə Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarına olan müəyyən etimad limitini əsaslı şəkildə sarsıdır. Hazırda həssas bir siyasi dövrdən keçirik. Bunu ilk növbədə rəsmi Moskva anlamalıdır. Ediləcək ən adi səhv yanlış anlaşma və tərəflərdən birinin ciddi etirazına, hətta regionda hərbi toqquşmaların yenidən başlamasına gətirib çıxara bilər. Digər tərəfdən, Azərbaycan hökuməti heç kəsə ixtiyar veməyib ki, öz qanuni torpaqlarında kimsə uydurma xəritə çəksin, reallığı əks etdirməyən xəbərlər yaysın.
İstənilən halda rəsmi Kreml anlamalıdır ki, Azərbaycan ictimaiyyəti müharibə dövründə Rusiyanın Ermənistanı intensiv şəkildə silahlandırmasını yaxşı xatırlayır. Azərbaycan xalqı Gəncə, Bərdə və Tərtər şəhərlərinin məhz Rusiyanın Ermənistana verdiyi yeni silahlarla raket atəşinə tutulduğunu da yaxşı bilir.
“Digər tərəfdən, heç kəs unutmasın ki, regionda Rusiya tək deyil. Biz bunu Qələbə paradında bir daha gördük”.
Türkiyə savaş başalnan gündən bizim yanımızdadır. Ərazidə Türk ordusunun da varlığı hamıya məlumdur.
Və Türkiyə açq şəkildə bəyan edib ki, əyər üçüncü bir ölkə müdaxilə edərsə, o zaman Türkiyə ordusu ilə bizə dəstək olacaq.
Belə bir məqamda isə Rusiyanın Türkiyə ilə savaşı gözə alması mümkünsüz görünür.
Biz Türkiyənin Azərbaycana olan dəstəyini isə Zəfər paradında açıq aşikar gördük.
Ərdoğanın çıxışı Azərbaycan üüçün ana laylası kimi şirin, düşmənlər üçün isə ağı oldu.
Belə olmasaydı, İran Ərdoğanın paradda söylədiyi bayatıdan niyə narahat olardı? Demək Azrbaycanın güneyini işğal etdiyinin fərqindədi. Bu məsələnin gündəmə gəlməsindən narahatdı.
Ərdoğanın türk dövlətinin, həm də Azərbaycana çox ciddi kömək etmiş, Qarabağın azad edilməsində hər şeyilə yanımızda olan Türkiyə dövlətinin prezidenti olaraq bu cür bayatı söyləməsi İranda yaşayan türklərin ayaqlanmasına səbəb ola bilər deyə narahatdı mollalar.
Ərdoğanın söylədiyi bayatı İran rəsmilərinin gülünc etirazına səbəb olunca Güney Azərbaycanda dillərə düşdü.
Böyüklü-kiçikli hər kəs bunu təkrarlayır, birlik duyğumuzdan yaranmış yeni şeirlər sosial mediada yayılır:
“Tehran unutmasın ki, bu, xalq ədəbiyyatıdır, 50 milyonun dilindəndir. Narahat olsalar, onlarla belə bayatı səslənər. Hər birinin yüz-iki yüz il yaşı var. Sözü varsa, bu bayatıları qoşan otaylı-butaylı türklərə, onların babalarına desin, hörmətli Ərdoğana yox!
Araz, Araz, Xan Araz!
Dağlardan axan Araz!
Qardaşdan ayrı saldın,
Evimi yıxan Araz!”.
İran İctimai fəallığın artmasından əndişələnirlər. Güneyli azərbaycanlılar bu bayatının bir mesaj olduğunu zənn edib, fəallaşa, birləşmək uğurunda mübarizəyə başlaya bilərlər. Ona görə rəsmi Tehran narahatdır.
Artıq həm rusiya həm iran Türkiyə Azərbacan birliyinin fərqindədr.
Buna görə narahat olsalar da bu birliyi bu güclə savaşmaqdan ehtiyat edəcəklər.
Yaşasın türkiyə Azərbaycan qardaşlığı. Var olsun xaqlımız.
Dsətək üçüün videonu bəyənməyi unutmayın.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə