Şəhid Tosif neytral zonaya niyə getmişdi?

453 baxış

Qardaşı ilə danışıb GƏLƏCƏM dedi - Snayperlə vurdular - Şəhid Tosif

Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Başı bəlalı Yurdum, Sinəsi hərbə meydan olan can Azərbaycan
Hər əsrdə  Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə, minlərlə gənclər hazır oldu. Şahid oldu, şəhid  oldu.


Demədi Demə kanlı olaraq vətən müharibəsində iştirak edən şəhidlərimizi, qazilərimizi tanıtmağa davam edirik. 
Pauza
Şəhidi Gizir Abdullayev Tosif Vidadi oglu
1998-ci ildə 8 dekbrda Cəlliabad  rayonunun Qarakazımlı kəndində  dünya  göz açıb. 

Ən böyük arzularından biri  hərbçi olmaq  idi.  


Orta məktəbi  bitirib Ağdam rayonuna  hərbi xidmətə  yola  düşür. 

Hərbi  xidmət müddəti başa  çatdıqdan sonra evə  qayıtmır. 
Elə orda  qalıb  qulluğunu davam etditmər istədiyini  deyir. 
Beləliklə o  Müddətdən artıq hərbi qulluqçu olur. 

2020-ci 14 oktyabrda, vətən müharibəsinin 17-ci günündə Suqovuşan  istiqamətində  gedən  döyüşlərdə  Snayper gülləsi ilə ağır yaralanır və şəhid  olur. 

Əsgər yoldaşları danışırlar ki, Tosif  çox  mehriban, xeyirxax, insan idi. Daim əsgər yoldaşarına  diqqətlə  yanaşar, onların hər probleminə ürək yandırardı. 

Oktyabrın 14 də  Suqovuşanda  ağır  döyüşlər  davam edir. Bu ərəfədə əsgər yoldaşlarından  biri  yaralanır. Döyüş zolağının ortasında  qalır. 

Yaralı əsgəri  ordan çıxarmaq  lazım olur. Tosif sinəsini qabağa verib
Deyir, Burda olanlardan çoxu ailəlidir, nişanlıdır, evdə körpə uşaqları  onları  gözləyir.  
Mən isə subayam. Ona  görə də  o əsgəri xilas  etmək mən düşər. 

Əsgər yoldaşlarından  bəziləri  hələ getmə, gözlə  döyüş səngisin gedərsən desələr də, Tosifin  yaralı əsgəri  orda  elə qoymağa ürəyi gəlmir. 

İrəli çıxır, yaralı əsgərə çatır. Onun çiyinlərinə alıb, xilas edərkən namərd  düşmən görür və Tosifi snayperlə nişan alır. 
Tosif də əsgər yoldaşı da orda şəhidlik zirvəsinə yüklərilər. 

Tosifin qardaşı Vasif anışır ki, Qardaşımın elə də bir xatirəsi  yoxdur əlimizdə. Nə kiçik  toyu, nə də  böyük  toyu oldu.
Heç son zəngi də olmayıb. Ondan bizə qalan 5-10 şəkili, bir də televizyada  göstərilən qısa  bir kadrdır. 

Demədi Demə

15:06 14.12.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə