TƏCİLİ!!! - Ruslar Xankəndiyə nə daşıyır? - Yeni müharibəyə hazır olun!

436 baxış

Gəlin hər birimiz səmimi etiraf edək. 

27 sentyabrdan öncə nə düşünürdük. 

Əksər insanlar  Qarabağ getdi e, sən rusdan torpaq ala  bilərsən – deyirdi? 

Hərdən də Əşşi onsuz da  hər  əsrdə  verə verə  gedirik də, Göyçə getdi, Zəngəzur  getdi, Dərbənd  getdi  Qarabağ da  elə  olar  da yəqin. Deyirdik.

Bəziləri  isə belə  düşünürdü ki, ə yox e  bu hakimyət qarabağın alınmasını istəmir. Görmürsən refendum keçirib  müharibə şəraitində istənilən qədər  seçilə  bilər, ona görə də  sərf eləmir e  buna vallah. 

Amma nə baş Verdi. Heç kimin  gözləmədiyi anda 44 gün ərzidə 5 rayonumuz müharibə yolur ilə, 3  rayoumuz  isə ermənistanın imzaladığı kaputliyasiya  aktı ilə  bizə  qayıtdı. 

Cəmi 44 günə. 

Məlum oldu ki, bu hakimyət qarabağı almaq istəmir  tezisi doğru deyilmiş. Çünkü  İlham Əliyev Torpağı almaq istəməsəydi,  heç vaxt  bu qəddər  hazırlıq  görməzdi. 

O öz  çıxışlarıda da  etiraf  elədi  ki,  əsasən bu  məsələyə köklənib və vaxt məqam gözləyib. 

İlhamnan nəsə  ver.

İndi biriləri  çıxıb yazacaq ki, Ə bu Bahadur da  başladı yaltağlanmağa, trolluq  etməyə zad. 
36 yaşıma çatmışam. Bir  çox sayttlarda  baş redactor, redakor  işləmişəm. ATV kanalında 5 il falliyət  göstərmişəm.
Bu illər ərzində  bir dəfə də olsun haqsızlığa  qarşı susmamışam. 
Əmək haqqımdan və  reklam gəlirlərimdən başqa  bu hökümətdən nə  maddi yardım, nə ev  nə də digər imtiyazlar  tələb etməmişəm və mənə d təklif olunmayıb.

Bu məsələ vicdan işidir.  Mən necə ki, hansısa  bir social problemə səsiz  qala  bilmirəm. Eləcə də, Haqlı bir davada kim olmaında  aslı olmayaraq haqlının yyanında yer  alıram.

Bəli, bu baxımdan biz  Ali baş komandana  güvənməliyik.  Çünkü  zaman göstərdi ki, Bu günə qədər hakimyətə olanlarda ən çox, hətta Heydər Əliyevdən də çox Qarabaın qaytarılmasını İlham Əliyev  istəyib və bunun üçün durmadan çalışıb. 

Bu gün Xankəndi, Xocalı, Xocavənd, Ağdərə  ermənistana qaldı və Artsax  yaradılacaq kimi sözləri  sadə  camaatın  səsləndirməsini təbii qarşılamaq olar. Çünkü   sadə insanlar  vətəni sevənlər   məsələ tam izah olunmadığı üçün narahatır və  buna görə də  narahatlıqlarını  bu cür  dilə gətitrlər. 

Amma illərdir  özünə siyasətçi deyən, döşünə döyən  insanlaın bu səpkidə cılız çıxışlarını  görəndə adam düşünür  ki, ilahi gör  bizi kimlər  idarə etmək istəyir. 

Birincisi  Preident İlham Əliyev  bütün çıxışlarında Qarabağ Azərbaycandır deyir. 

Qarabağ haradı? Xankəndi, Xocalı, Ağdərə, Xocavənd Qarabağ deyil?
Yəni adam Qarabağın yarısı Azərbaycan Yarısı ermənistandır deir axı.

Üstəlik, sülh danışıqları dövürndə vəd  etdiyi mədəni muxtariyətin də, status kvonun da  cəhənnəmə getdiyini, gora  getdiyini, gorbagor olduğunu deyir adam.

Prezidentin çıxışı

Başqa nə deməlidir ki?

Dəfələrlə  müsajlarını Verdi. Demək istədi  ki bundan sonrakı məslələr iqtisadi yolla, diplomatic yolla  həll olunacaq.  Ağdamdan xankədinə 30 km yol var sözünü  boş yerə demədi ki adam 

Prezidentin çıxışı

Türkün məsəli bu məsələlərə  girişməyin ucunu bu gün qoyduq. Belə ki, Azərbaycan Respublikası ilə müvafiq razılıq əsasında Rusiya Federasiyası tərəfindən Xankəndiyə çatdırılması məqsədi ilə göndərilən humanitar yük 2020-ci il dekabrın 6-da Gəncə beynəlxalq hava limanına çatdırılıb.

Humanitar yardım müəyyən edilmiş Gəncə-Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil yolu ilə yola düşüb.

Təsəvür edirsiz? Gənədən xankəndinə avtomobil gedəcək.  
İndi  videonun bu yerində də saxlayıb, Ay tipoy ruslar ermənilər üçün  yardım daşıyır yazan olacaq olmağına. 

Amma məntiqlə düşünəndə  bütün bu proseslərin, sülhə hesablandığını görəcəyik. Bundan sonrakı proses Ermənistan və erməniləri sülhə məcbur etmək prosesidir. 


30 illik münaqişənin həlli 44 gün ərzində daha necə ola bilərdi? Əsgərlərimiz Xankəndində mağzada alış-veriş edir, Ermənistan Laçınla sərhəddə 8 kilometr geri çəkilir, Kəlbəcərdə qızıl yataqlarının 75 faizi ermənilərdən geri alınır, yenə də kimlərsə “narazı” qalır. Səbəb? Rus sülhməramlılarının mövcudluğu narahat edirmi? Bəs Ağdamda yerləşdirilən türk əsgərləri?! Bu, sevindirici fakt deyil?! Mövcud reallıqlar içərisində Azərbaycan Prezidenti İlham Əliyev mümkünsüzü mümkün edərək ölkəmizə Böyük Qələbə qazandırıb.
 O, 2012-ci ildə rus qoşunlarını Qəbələ RLS-dən göndırən adamdır. Azərbaycanın dövlət maraqları nəyi diktə edirsə, o, həmin addımları atır. Şübhə yoxdur ki, Ordumuzun girmədiyi ərazilərimizdə də məhz Azərbaycan qanunları hakim olacaq. Xankəndidə yaşayanlar da Azərbaycan bayrağı altında yaşayacaq. Və bu prosesdə bizə yardımçı ola biləcək bütün vasitələrdən yaralanacağıq.
Müharibə yalnız bir cəbhədə başa çatıb. Digər cəbhələrdə isə yeni başlayır...
Müharibəyə hazırlaşmalıyıq - diplomatiyada, informasiya müstəvisində...
Eyni zamanda, qurmağa...
Yaratmağa...
Qarabağı yenidən dirçəltməyə...

Yaşasın Azərbaycan var olsun ordumuz.

Demədi Demə

15:03 14.12.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə