Polis hansı halda vətandaşın evinə girə bilər?

584 baxış

Polis hansı halda  vətandaşın evinə girə  bilər?

emədi Demə kanalı olaraq vətəndaşlara hüquqi yardım layihəsini Start verdik. 
Bu dəfə araşdırdığımız mövzu polisin hansı hallarda şəxsi mənzilə daxil olmasının mümkünlüyü barədədir. 
Bu məsələ Polis Haqqında Azərbaycan Respublikası Qanunun 24-cü maddəsi ilə tənzimlənir . Həmin Qanunun mətni belədir :

Maddə 24. Polis tərəfindən mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması

polis əməkdaşı tərəfindən hər hansı şəxsin mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırmasına və yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə daxil olmasına yalnız aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada yol verilir:

1) hakimin qərarı olduqda;
2) digər şəxslərin hüquq və azadlıqlarının qorunması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması və yaxud ağır cinayətlərin, bədbəxt hadisələrin, təbii fəlakətlərin, qəzaların, epidemiyaların və epizootiyaların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirildikdə.

Hakimin qərarı olmadan polis əməkdaşı yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə aşağıdakı əsaslardan birinin olması barədə dəqiq məlumatı olduğu halda bu Qanunun 25-ci maddəsində müəyyən edilmiş qaydada daxil olur:

1) şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsi;
2) şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizlənməsi;
3) yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olması;
4) yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükənin olması;
5) cinayət törətmiş şəxsin bilavasitə “isti izlərlə” təqib edilməsi.

Demədi Demə

15:10 19.06.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə