DİQQƏT - pullar geri qaytarılır ! 100 manatlıq alış verişdən nə qədər geri aldım?
2019-cu ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti elan etdi ki, alınan mallara görə ödənilən Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsi geri qaytarılacaq. Bundan sonra insanlar, xüsusilə, kart vasitəsilə alış-veriş edənlər bu prosesin necə olacağı barədə öyrənməyə, məlumat əldə etməyə çalışdılar. Bu videoda sizə Kapital Bankın təklif etdiyi maliyyə, ödəmə xidmətlərindən danışacağam. Və bu xidmətlər zamanı ƏDV-lərin bir hissəsinin geri qaytarılma prosesini anladacağam.
Tutaq ki, bir ticarət mərkəzinə gedirsiniz, aldığınız mallara BirKart vasitəsilə ödəniş edirsiniz. Yaxud restoranda hesabı kartla ödəyirsiniz. Evə gəlirsiniz və düşünürsünüz ki, indi, ödədiyim ƏDV-nin bir hissəsini geri alsaydım, nə yaxşı olardı... Videonu diqqətlə izləyin, biləcəksiniz.
Əvvəlcə, çalışın ki, istənilən alış-veriş zamanı satıcının, yaxud restorandakı kassirin sizə verdiyi çekləri atmayın. Çünki, ƏDV-nin bir hissəsinin geri qaytarılması bu çeklər əsasında mümkündür. Sonra www.edvgerial.az saytına daxil olun. Özünüzə elektron kabinet yaradın. Qeydiyyat zamanı şəxsiyyət vəsiqənizin fərdi identifikasiya nömrəsini (FİN), doğum tarixinizi və telefon nömrənizi qeyd edin. Mütləqdir ki, mobil telefonunuzun nömrəsi olsun.
İndi keçək çeklər əsasında geri ödənişə. Bunun üçün aşağıdakı şərtlərə diqqət edin:
1. İstehlakçı fiziki şəxs olmalıdır;
2. Satıcı ƏDV ödəyicisi olmalıdır;
3. Ödəniş zamanı yeni nəsil kassa aparatlarından istifadə olunmalıdır;
Nəzarət-kassa aparatının çekini aldığınız tarixdən sonra 90 gün ərzində elektron portal vasitəsilə müraciət edə bilərsiniz. Bunun üçün elektron kabinetə daxil olun, çekin 12 simvollu fiskal İD-sini qeyd etdin. Əgər siz alış-verişlərinizi, müxtəlif ödənişlərinizi BirBank mobil tətbiqi ilə edirsinizsə, çek barədə məlumatları daxil etməyin daha asan yolu var. Çünki, BirBank mobil tətbiqinin QR Pay xidməti var. Bu xidmətdən yararlanaraq, çekin üzərində olan QR kodu skan edirsiniz, tez və rahatca portala yükləyirsiniz.
QR Pay xidmətindən istifadə etmək üçün bir məqama xüsusi diqqət edin. Özünüzə elektron kabinet yaradarkən qeydiyyatdan keçdiyiniz mobil telefon nömrəsi ilə BirBank mobil tətbiqində istifadə etdiyiniz mobil nömrə eyni olmalıdır. Əgər hər iki əməliyyatda ayrı-ayrı nömrələrdən istifadə etsəniz, QR Pay xidmətindən yararlana bilməyəcəksiniz.
Əlinizdəki çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin bir hissəsi geri qaytarılacaq. Bu proses necə olacaq, indi ona baxaq. Alış-veriş etdiniz və əlinizdəki çekdə nə qədər ƏDV ödədiyiniz yazılıb. 30 gün sonra bu məbləğin bir hissəsi elektron kabinetinizdəki virtual “pul qabınıza” yüklənəcək. Həmin məbləğ aşağıdakı kimi hesablanır:
-nağd ödənişlər üzrə ƏDV məbləğinin 10 %-i;
-nağdsız (kartla, yaxud mobil tətbiq vasitəsilə) ödədiyiniz ƏDV məbləğinin 15%-i;
Virtual “pul qabınızda” yığılan vəsaitdən siz müxtəlif ödəmələr zamanı istifadə edə bilərsiniz. Məsələn:
- kommunal ödənişlər;
- mobil rabitə, internet, yaxud TV;
- cərimə və sığorta ödənişləri;
-ölkədaxili bank kartlarına pul köçürmələri;
Xüsusi qeyd edim ki, yanacaqdoldurma məntəqələrindən neft-qaz məhsulları alarkən ödənilən ƏDV geri qaytarılmır.
Əgər siz alış-verişlərinizi KapitalBank-ın maliyyə partnyorluğu ilə edirsinizsə, bu, sizə daha bir üstünlük qazandırır. Çünki, Kapital Bank tərəfindən ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar zamanı heç bir komissiya tətbiq olunmur.
Hazırda ölkəmizdə ən məhşur mobil tətbiq BirBank mobil tətbiqidir. Artıq BirBank mobil tətbiqinin 1 milyondan çox istifadəçisi var. iOS və Android əməliyyat sistemlərindən istifadə edirsinizsə, cəmi 1 dəqiqə vaxt sərf edin, onlayn qeydiyyatdan keçin. Beləcə, siz də mobil tətbiqin xidmətlərindən yararlanın. İstifadə zamanı BirBank mobil tətbiqin zamanınıza və pulunuza qənaət etməkdə, əsəblərinizi qorumaqda sizə yardımçı olduğunu görəcəksiniz.
Ətraflı məlumat üçün www.edvgerial.az saytına daxil olun, və ya 196 Məlumat Mərkəzinə müraciət edin.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə