Ən yadda qalan 10 SSRİ məhsulu - Valideyinlərimiz hələ də danışır

645 baxış

Sovet məhsulları haqda 10 maraqlı fakt. 
1. “Sovet şampanı”. Bu məhsulun adı II Dünya Müharibəsinin sonlarında Stalin tərəfindən təklif edilib. Hərçənd ki, bu adlandırma qanunları pozur. Yalnız Fransanın Şampan vilayətində istehsal olunan məhsullar “şampan” adlana bilər. Amma, di gəl, bunu Stalinə sübut et! Bu məhsul o qədər populyar oldu ki, indinin özündə belə “Sovet şampanı” adıyla satışa çıxır. Baxmayaraq ki, ona öz adını verən dövlət 30 ilə yaxındır ki, dünyanın  siyasi xəritəsindən silinib. 
2. “Jiquli”  pivəsi. Bu, atalarımızın sevdiyi içkilərdən biri idi. İstehsal olunduğu şəhərin adını daşıyırdı: keçmiş Jiquli, bugünkü Samara. 2,8% spirtli alkoqollu içki zamanında çox populyar idi. 
3. “Tomatlı kilkə”. Bu konservlər xalq arasında “qardaşlıq məzarı”, yaxud “gözlər” də  adlanırdı. Məsələ onda idi ki, bu konserv qutularına balıqlar bütöv şəkildə; başı bədənindən ayrılmadan qoyulurdu. Qutunun 90%-i balıqdan, 10%-i isə tomatdan ibarət idi və 33 qəpiyə satılırdı. 
4. “Alyonka” şokoladı. Onun doğum tarixi 1966-cı ildir. Moskvanın “Qırmızı oktyabr” şirniyyat fabrikində istehsal olunan  məhsul xalqın ürəyini elə ələ aldı ki, minlərlə insan məhz bu şokoladın şərəfinə övladını Alyonka adlandırdı. Sonunda hökumət işə qarışdı və uydurulan adların uşaqlara qoyulması qadağan edildi. 
5. “Quş südü” şokoladları. 1966-cı ildə istehsalına başlanılan “Quş südü” şokoladları tezliklə alıcıların ürəyinə yol tapdı.  O dərəcədə məhşurlaşdı ki, Praqada şokoladın tərkibindən istifadə edərək “Quş südü” tortu yaratdılar. “Quş südü” şokoladını və ya tortunu mağazalardan almaq hər adama nəsib olmurdu.
6. “Ağcaqayın şirəsi”. Bu şirə 3 litrlik bankalarda satılırdı və bütün qışı insanları vitaminlərlə təmin etməyə yetirdi. Həmin dövrdə ağcaqayın meşələrinə baxan kolxozçular şəhərli fəhlələrdən üçqat artıq pul qazanırdı. Çünki, hər bir ağcaqayın ağacı 30 litr şirə verə bilir.
7. “Doktorskaya kolbasa”. 30-cu illərdə bu kolbasanın istehsalına başlananda məqsəd dietik, yüngül kolbasa əldə etmək idi. Tərkibində əla növ donuz əti,  un, yumurta, quru süd və ədviyyat  vardı.  20 ildən sonra süni heyvan yemlərinin yaranması ilə kolbasadan balıq iyi gəlməyə başladı. Daha 20 il sonra isə kolbasadan artıq kağız dadı gəlirdi. Çünki, 70-ci illərdə istehsalçılar kolbasa istehsalında kağızdan istifadəni öyrənmişdi. Buna baxmayaraq, “Doktorskaya kolbasa”  hələ də bir çoxlarının sevimlisidir və onların süfrəsində əti əvəz edir. 
8. “Drujba”   pendiri. 60-cı illərin əvvəllərində pendir istehsalında yeni məhsul meydana çıxdı. O, ərinmiş pendir idi.  Tərkibində sarımsaq və mayonez olan bu məhsul da öz zamanında sevimli idi. 
9. “Skuşonnaya moloko”. Vaxtilə bu məhsul olduqca keyfiyyətli və qidalandırıcı idi. Təəssüf ki, onun indiki varisləri həmin keyfiyyətlərə malik deyil. Əvvəlcə  tərkibində 80% heyvan yağı və 42%  şəkər olurdu. İndi isə heyvan yağı əvəzinə bitki yağları qatırlar.
10. “Beloçka” şokoladları. Bu şokoladları 70-80-ci illərin simvolu da adlandırmaq olar. 1940-cı illərdə Moskvanın “Babayevskiy” şirniyyat zavodunda istehsal olunmağa başlayıb. Əvvəlcə günə 500 kq istehsal olunurdu. Müasir zavod isə bu göstəricini  saatda 360 kq-a çatdırıb. Əlavə edim ki, hazırda Kremlin rəsmi dəvətlərində belə həmişə masada büllur vazada “Beloçka” şokoladı olur.Sovet məhsulları haqda 10 maraqlı fakt. 
1. “Sovet şampanı”. Bu məhsulun adı II Dünya Müharibəsinin sonlarında Stalin tərəfindən təklif edilib. Hərçənd ki, bu adlandırma qanunları pozur. Yalnız Fransanın Şampan vilayətində istehsal olunan məhsullar “şampan” adlana bilər. Amma, di gəl, bunu Stalinə sübut et! Bu məhsul o qədər populyar oldu ki, indinin özündə belə “Sovet şampanı” adıyla satışa çıxır. Baxmayaraq ki, ona öz adını verən dövlət 30 ilə yaxındır ki, dünyanın  siyasi xəritəsindən silinib. 
2. “Jiquli”  pivəsi. Bu, atalarımızın sevdiyi içkilərdən biri idi. İstehsal olunduğu şəhərin adını daşıyırdı: keçmiş Jiquli, bugünkü Samara. 2,8% spirtli alkoqollu içki zamanında çox populyar idi. 
3. “Tomatlı kilkə”. Bu konservlər xalq arasında “qardaşlıq məzarı”, yaxud “gözlər” də  adlanırdı. Məsələ onda idi ki, bu konserv qutularına balıqlar bütöv şəkildə; başı bədənindən ayrılmadan qoyulurdu. Qutunun 90%-i balıqdan, 10%-i isə tomatdan ibarət idi və 33 qəpiyə satılırdı. 
4. “Alyonka” şokoladı. Onun doğum tarixi 1966-cı ildir. Moskvanın “Qırmızı oktyabr” şirniyyat fabrikində istehsal olunan  məhsul xalqın ürəyini elə ələ aldı ki, minlərlə insan məhz bu şokoladın şərəfinə övladını Alyonka adlandırdı. Sonunda hökumət işə qarışdı və uydurulan adların uşaqlara qoyulması qadağan edildi. 
5. “Quş südü” şokoladları. 1966-cı ildə istehsalına başlanılan “Quş südü” şokoladları tezliklə alıcıların ürəyinə yol tapdı.  O dərəcədə məhşurlaşdı ki, Praqada şokoladın tərkibindən istifadə edərək “Quş südü” tortu yaratdılar. “Quş südü” şokoladını və ya tortunu mağazalardan almaq hər adama nəsib olmurdu.
6. “Ağcaqayın şirəsi”. Bu şirə 3 litrlik bankalarda satılırdı və bütün qışı insanları vitaminlərlə təmin etməyə yetirdi. Həmin dövrdə ağcaqayın meşələrinə baxan kolxozçular şəhərli fəhlələrdən üçqat artıq pul qazanırdı. Çünki, hər bir ağcaqayın ağacı 30 litr şirə verə bilir.
7. “Doktorskaya kolbasa”. 30-cu illərdə bu kolbasanın istehsalına başlananda məqsəd dietik, yüngül kolbasa əldə etmək idi. Tərkibində əla növ donuz əti,  un, yumurta, quru süd və ədviyyat  vardı.  20 ildən sonra süni heyvan yemlərinin yaranması ilə kolbasadan balıq iyi gəlməyə başladı. Daha 20 il sonra isə kolbasadan artıq kağız dadı gəlirdi. Çünki, 70-ci illərdə istehsalçılar kolbasa istehsalında kağızdan istifadəni öyrənmişdi. Buna baxmayaraq, “Doktorskaya kolbasa”  hələ də bir çoxlarının sevimlisidir və onların süfrəsində əti əvəz edir. 
8. “Drujba”   pendiri. 60-cı illərin əvvəllərində pendir istehsalında yeni məhsul meydana çıxdı. O, ərinmiş pendir idi.  Tərkibində sarımsaq və mayonez olan bu məhsul da öz zamanında sevimli idi. 
9. “Skuşonnaya moloko”. Vaxtilə bu məhsul olduqca keyfiyyətli və qidalandırıcı idi. Təəssüf ki, onun indiki varisləri həmin keyfiyyətlərə malik deyil. Əvvəlcə  tərkibində 80% heyvan yağı və 42%  şəkər olurdu. İndi isə heyvan yağı əvəzinə bitki yağları qatırlar.
10. “Beloçka” şokoladları. Bu şokoladları 70-80-ci illərin simvolu da adlandırmaq olar. 1940-cı illərdə Moskvanın “Babayevskiy” şirniyyat zavodunda istehsal olunmağa başlayıb. Əvvəlcə günə 500 kq istehsal olunurdu. Müasir zavod isə bu göstəricini  saatda 360 kq-a çatdırıb. Əlavə edim ki, hazırda Kremlin rəsmi dəvətlərində belə həmişə masada büllur vazada “Beloçka” şokoladı olur.

Demədi Demə

14:45 13.06.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə