6 ildir dünyanın ən güclü adamı seçilir - Putin əslində kimdir?

606 baxış

Hər ilin sonunda “Forbes” jurnalı “dünyanın ən güclü insanları” siyahısını dərc edir. Siyahı liderlərin populyarlığı,  güc mənbəyi və kürəsəl isinməyə təsiri nəzərə alaraq hazırlanır. Bu faktorlara baxıldığında 3-cü sırada Angela Merkel,  2-ci Donald Trump, 1-ci Vladimir Putindir. Həm də 2013-cü ildən bəri o, birinciliyi tərk etmir.  Rusiyanın ABŞ, və ya Hindistan, Çin kimi  ölkələrə nisbətən əhalisi azdır; cəmi 145 milyon.  Ölkə iqtisadi cəhətdən irəliləyə bilər. Amma, daxili iqtisadi göstəricilərə görə siyahıda hələ də 12-ci yerdədir. 
S/T: Bəs Putin niyə bu qədər güclüdür?  Sadə bir həyatdan yüksələrək necə “dünyanın ən güclü adamı”na çevrilib? Və bu güclü adamın bizim həyatımıza təsiri nədən ibarətdir? Birlikdə bu suallara cavab axtaracağıq. 

Putin 1952-ci ildə bugünkü Sankt-Peterburqda dünyaya gəlib. Atası fabrikdə işləyirdi.  İki qardaşı uşaqkən həyatını itirib. Onlardan biri Alman ordusunun Sankt-Peterburqa  hücumu zamanı ölüb. 
Vladimir uşaqlıqdan casus filmlərini sevirdi. Ən böyük arzusu KQB casusu olmaq idi.  Sankt-Peterburqda universitetdə hüquq təhsili alıb. Sonra SSRİ KQB-sinin casusu kimi Almaniyada fəaliyyət göstərib. Şərqi Almaniyanın çöküşünə yol açan üsyanlarda fəal iştirak edib.  9 noyabr 1989-cu ildə Berlin divarı yıxılanda  KQB-nin gizli sənədləri almanların əlinə keçməsin deyə yandırıb. Həmin zamanlar SSRİ dağılır, 15 respublika öz müstəqilliklərini əldə etməyə çalışırdı.  Putinə görə, müstəqilliyini elan edən ölkələrlə birgə Rusiya 2 milyon m2 torpaq itirib. Daha sonralar Vladimir bu prosesi “XX yüzilliyin ən böyük geopolitik fəlakəti” adlandırıb. 
Yeni hökumət kommunist rejimin sahib olduğu enerji, mədənçilik və daşıma şirkətləri kimi 45 minə yaxın müəssisənin hamısını özəlləşdirmək, yəni, ayrı-ayrı şəxslərə satmaq məcburiyyətində qaldı. Rusiya iqtisadiyyatı tam mənası ilə çökürdü. Bütün böyük şirkətlər cəmi bir neçə adamın əlində idi. Onlar bu gün dünyada rus oliqarxları kimi məhşurdur. Yeni Rusiya hökuməti hakim strukturun formalaşmasında da çətinlik çəkirdi.  Boris Yeltsin qərblə iş birliyinə üstünlük verirdi. Odur ki, onun siyasəti  ruslar tərəfindən o qədər də ürəkaçan hesab edilmirdi. Bununla yanaşı, Yeltsin alkoqol asılılığından əziyyət çəkirdi. Ruslar onun qərbin marioneti olduğunu düşünürdü.  
Yeltsin hakimiyyətdə qalmaq üçün oliqarxları siyasətə cəlb etdi. Beləcə, onların daha da qüdrətlənməsinə yol açdı. Məhz belə bir vəziyyətdə Putin vətəninə geri döndü. Siyasi ödüllərə layiq görüldü, Yeltsinin etibarını qazandı. 1999-cu ildə Yeltsin istefa verəndə öz yerinə Putini məsləhət gördü. Beləcə, Putin rəsmən Rusiya Federasiyasının prezidenti oldu. 
Putindən əvvəl yeni çökən SSRİ-nin ardınca Rusiyada bir çox fikir ayrılığı mövcud idi. Buna görə də Putin ölkənin 89 federal bölgəsini idarə edə bilmək üçün xəritəni 7 inzibati əyalətə böldü. İdarəetmə sistemini dəyişdirdi. Daha bu əyalətlərin rəhbərləri xalq tərəfindən seçilmirdi. Onları Putin özü təyin edirdi.  Düzdür, Putinin bu cür davranışları demokratiyaya zidd qiymətləndirildi. Amma, yenə də bütün bunlar onun rus xalqı arasındakı populyarlığına əngəl olmadı. Putin  yaxşı bilirdi ki, ruslar  güclü Rusiya arzusundadır. 2000-ci ildə köhnə sovet marşının sözlərini dəyişdirərək  yenidən rəsmi görüşlərdə səsləndirilməsi əmrini verdi. 
Bu qrafik SSRİ-nin çökməsinin ardından Rusiya iqtisadiyyatının vəziyyətini göstərir. Bu isə Putinin siyasətə daxil olduğu zamanın qrafikidir. 

S/T: Vladimir oliqarx siyasətçilərin və mafiyanın başına bir “dəmir yumruq” kimi dəydi.  Oliqarxları öz iradəsinə tabe etmək üçün onların idarəetməsini çərçivələdi. 

-Gəldiyimi eşidəndə  tarakan kimi qaçdınız. Əgər iş adamları ilə dil tapmasaq, onlarsız da işləməyi bacararıq. 
Putini dəstəkləyənlər mükafatlandırılır, dəstəkləməyənlər isə kənarlaşdırılırdı. 
-Hamı imzaladımı?  Deripaska, sən də imzaladınmı? İmzanı görmədim, buraya gəl.  Qələmimi geri ver. 
Putin mütləq gücü əldə etdikdən sonra oliqarxlarla Rusiya arasında daha möhkəm bağın qurulmasına nəzarət etdi. Hazırda 10 ən böyük rus şirkətindən 5-i dövlətə aiddir. Bəzi şirkətlərin isə ən böyük hissədarı dövlətdir. 
Putin rus televiziyasının iplərini də ovcuna yığıb. Belə ki, bütün xəbər agentlikləri dövlətin siyasətinin tərənnümçüsünə çevrilib. Ekranlardan daim Putinin necə böyük və güclü lider olması haqqında eşitmək mümkündür.

Demədi Demə

14:42 13.06.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə