Pakistan ordusunun Qarabağa gəlmək istəyinin SƏBƏBİ - Onların Zeynalabdin Tağıyevə nə borcu var idi?

1574 baxış

Ölkəmizin Pakistanla münasibətlərinin tarixi qədimlərə dayanır. Pakistanın Multan şəhərindən olan tacirlər İpək yolunun üstündə yerləşən Bakıya gələr, aylarla burda qalar, ticarət edər, ya yollarına davam edər, ya da geri öz ölkələrinə dönərdilər. Təqribən, 5 əsr bundan öncə Bakı xanları məhz Pakistandan gələn tacirlər üçün Multan karvansarasını inşa etdirir. Beləcə, pakistanlı tacirlər  xalqımızın qonaqpərvərliyini bir daha anlayır və təqdir edir. Hələ də Multan tacirlərinin adını daşıyan bu karvansara hazırda İçərişəhər Milli Qoruğunda yerləşir və  mədəni-tarixi irs kimi Azərbaycan hökuməti tərəfindən  qorunur. Bu, Pakistan-Azərbaycan dostluğunun tarixə keçən bir epizodudur. Təbii ki, iki xalqın bir-birinə olan xeyirxah münasibəti rəsmi və yazılı mənbələrdən uzaqda da mövcud idi, kim bilir, bəlkə daha da isti idi?!  


Ötən əsrin əvvəllərində Pakistan Böyük Britaniyanın müstəmləkəsi idi. Bir dəfə əhali arasında kütləvi şəkildə epidemiya yayılır. Xəstəlik səbəbilə 100 mindən çox insan dünyasını dəyişir.  Ən böyük çətinlik isə xəstəliyin qarşısını almaq üçün dərman və preparatların çatışmazlığı olur. Pakistan xalqının belə ağır bir günündə azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev öz şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alaraq indiki Pakistan dövlətinin ərazisinə göndərib. Və bu vaksinlərin köməyilə epidemiyanın qarşını almaq, yüz minlərlə insanın həyatını xilas etmək mümkün olur. Hacı Zeynalabdin Tağıyev, sadəcə, yardımla kifayətlənmir, eyni zamanda,  problemi dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu da öz növbəsində digər imkanlı, xeyirxah insanların və beynəlxalq təşkilatların problemlə ciddi məşğul olmalarına səbəb olub. Beləliklə də, Pakistan xalqı məhv olaraq yer üzündən silinmək təhlükəsini dəf edə bilib. 


O gündən-bu günə bütün Pakistan uşaqları Azərbaycanı özlərinə doğma bilir, xilaskar ölkə kimi tanıyır. Nəinki, Hacı Zeynalabdin Tağıyevin xeyirxahlığını unutmur, onun vətəninə olan sevgilərini bəyan etməkdən də çəkinmirlər. Tarixi əsrlər öncəsinə dayanan dostluğun nəticəsi idi ki, Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü ölkə oldu. Həmçinin, Pakistan indiyə qədər Ermənistanı dövlət kimi tanımır. 
 Tağıyevdən miras qalan  xeyriyyəçilik ənənələri bu gün də qorunub saxlanılır. 2007-ci ildə Pakistanda baş verən zəlzələ zamanı Pakistan Azərbaycandan böyük yardım aldı. Hətta, zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycandan qırx həkim, xeyli dərman, tibbi avadanlıq və təlim keçmiş xilasedici dəstə Pakistana göndərildi. Eyni zamanda, Pakistana 1,5 milyon dollar həcmində maddi yardım ayrıldı. Heydər Əliyev Fondu da dost ölkədəki təbii fəlakətə diqqətsiz qalmadı. Fond Müzəffərabad şəhərinin Rara qəsəbəsində orta məktəb tikdirdi. 2008-ci il fevralın 9-da Heydər Əliyev Fondunun tikdirdiyi məktəb  şagirdlərin ixtiyarına verildi.

İki ölkə arasındakı dost münasibətin daha bir simvolu da 2 markadan ibarət poçt blokunun dövriyyəyə buraxılmasıdır. 27 dekabr 2018-ci ildə tədavülə buraxılan poçt markalarının üzərində Bakı şəhərindəki Heydər məscidi və Pakistanın Lahor şəhərində yerləşən Vəzir Xan məscidi təsvir edilib. Poçt blokunda, eyni zamanda, müvafiq olaraq Azərbaycanın və Pakistanın dövlət bayraqları əks olunub.

(dorduncu)  Atalar  deyir ki, balığa yaxşılıq et at əryaya  balıq  bilməsə də  xaliq biləcək.  Zeynalabdin Tağıyev  bu  xeyriyəçiliyi  edərkən   nə vaxtsa  Pakistanın bizi  dəstəkləsin deyə etməmişdi.  İnsanlıq  üçün, inandığı müqəddəs  dəyərlər üçün etmişdi.  
Demək ki, yaxşılıq  itmir. Elə maddə kimi. Bir haldan başqa  bir hala dəyişir.  Çalışın yaxşılıq edin, inanın ki,  hər şey çox  gözəl olacaq!

Demədi Demə

14:39 13.06.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə