Bazardan aldığı saatın içində 25 min avro tapdı

397 baxış

Almaniyada kişi bazardan aldığı köhnə divar saatının içində 50 min alman markası tapıb.

Demedideme.az xəbər verir ki, o pulları yerli tapıntılar bürosuna təhvil verib.

6 ay ərzində heç kəs pullara sahib çıxmadığına görə onları tapan şəxsə qaytarıblar.

Kişi pulları heç cür xərcləyə bilməyib – alman markası 2001-ci ildən dövriyyədən çıxarılıb.

Lakin Mərkəzi Bankda ona pulları dəyişməkdə köməklik ediblər. Nəticədə tapıntı almaniyalıya 25,5 min avro (48 min manat) qazandırıb.

Mənbə:oxu.az

Demədi Demə

23:56 29.04.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə