Vəkil
Vamiq Şükürov
050 270 85 88
İnstaqram: vekil_vamiqsukurov
Facebook: Vəkil Vamiq Şükürov
Banka kredit borcu olduğu üçün bir neçə gün öncə daha bir nəfərin həbs olunması kredit götürən şəxslər arasında bu sualı formalaşdırıb. Məsələnin həm iqtisadi, həm də hüquqi tərəflərini eksperlərlə birlikdə araşdırdıq.
Bu barədə açıqlama verən Vəkil Vamiq Şükürov bildirdi ki, söhbət borca görə həbsdən deyil, məhkəmənin qərarlarının icra etməməsinə görə həbsdən gedir:
“Vətəndaş krediti ödəyə bilməyəndə bank məhkəməyə müraciət edir. Məhkəmə isə müştərinin borcu ödəməsi üçün vaxt təyin edir. Orada “Cinayət Məcəlləsinin konkret maddəsinə görə məhkəmə qərarlarını icra etməmək cinayət məsuliyyəti daşımaq deməkdir”- belə bir xəbərdarlıq qeyd olunur. Müştəri borcu təyin edilən vaxta kimi ödəyirsə, heç bir problem yaşanmır. Yox əgər məhkəmənin qərarından sonra da müştəri ödəmirsə, artıq məhkəmə öz qərarlarını icra etməyə məcbur qalır. Yəni, həmin şəxsi məsuliyyətə cəlb edir”.
Məsələnin hüquqi izahını verən Vəkil Vamiq Şükürov bildirdi ki, həbs borcun üzürsüz səbəbdən ödənilmədiyi təqdirdə baş verir:
“İnzibati Xətalar Məcəlləsində bununla bağlı maddə var. Amma orada sübut olunmalıdır ki, bu insanın imkanı var, amma qərəzli olaraq borcunu ödəmir. Təcrübədə isə müştəriyə borcunu ödəməsi üçün xəbərdarlıq edilir və müəyyən vaxt təyin olunur. Həmin vaxta kimi ödəniş olunmadığı təqdirdə isə, tədbir görülməyə başlanılır.
Hesab edirəm ki, bu, tam şəkildə düzgün deyil. Borclunun üzürsüz səbəbdən, tam qərəzli şəkildə borcunu ödəməkdən yayınmasını icra məmuru məhkəmədə sübut eləməlidir. Məhkəmə də onu əsaslandırmalıdır ki, bu insanın həqiqətən də imkanı var və ödəniş etmir. Yaxud da, işləmək imkanı var, amma işdən yayınır.
Ona görə də, birbaşa, konkret olaraq borc öhtəliyinə görə müştərinin həbsi nəzərdə tutulmur. Sadəcə məhkəmə qətnaməsinin icra edilməməsinə görə, qanunvericilikdə belə bir tədbirlər var”.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə