Koronavirusa yoluxdum - Qızdırmam 40-a qalxdı - Dəhşətli idi...

321 baxış

Mən koronavirusa yoluxub sağalmışam.

Kimsə mənim zarafat etdiyimi düşünə bilər. Gülüş smaylı da qoya bilər. Amma yanvar ayının 3-də tutduğum qrip indiki koronavirus ilə birə-bir eyni idi.
Bütün ailə üzvləri, yaxınlıqda olan hər kəs bu qripə yoluxdu. Yüksək qızdırma, quru öskürək, ayaqlardan başlayan üşütmə hamısı eyni idi.
Bütün əlamətlər.
Mən tez-tez qrip olan adamam. İldə 4-5 dəfə qrip oluram. Amma ömrümdə bu cür xəstələnməmişəm. Qızdırma 40-a qalxırdı. Hətta qızım Gülayda 41 dərəcəyə qalxdı. Qardaşım qızı reanimasiyada ayıldı.
Bacım düz iki aya sağaldı.
Halsızlıq, iştahzılıq, maksimum dərəcədə idi. Ciyərlərim ağrıyırdı... Hamımız sistem köçürdük, müalicə olduq. Həmin ay ölkədə bu xəstəlikdən minlərlə insan əziyyət çəkdi...
Bunu niyə yazdım?
Yazdıqlarım tamamilə həqiqətdir.
Bu virus dünyanın hər yerində çoxdan yayılıb. Dünyada hər il adi dediyimiz qripdən 500 minə yaxın adam ölür. Həmin insanlar da yaşlılar immun sistemi zəif olanlar və digər yanaşı xəstəliyi olanlardı.
Bu da həmçinin. Düzdü, dediyim kimi bu qrip ağır keçir. Amma bunun pandemiya kimi təqdim olunması mənə ssenari kimi gəlir.
Küçələrdə ölən insanlar həmişə olub. Ayrı-ayrı vaxtlarda baş verən kadrları birləşdirib, montaj edib, yayan media da bilmədən panikanın böyüməsinə təkan verdi...

Virusun ssenari olmasına əsas verən suallar :

1.Çin virusa necə qalib gəldi? Necə olur ki, 1.5 milyard insan olan Çində yoluxma dayandı?

2. Nə üçün Çinin qulağının dibində olan ölkələrdə, Pakistan, Hindistan kimi milyardlıq ölkələrdə virus yayılmadı?

3. İran??? 

Bu mənim şəxsi fikrimdir. Hadisələri analiz edərkən belə düşünməmək olmur... 
Ssenarini kimlər və nə üçün qurduqlarını isə siz düşünün.

Virusun Amerikanın ssenarisi olduğunu düşünənlər olsa da, mən şəxsən bunun Çin ssenarisi olduğunu düşünürəm.

Demədi Demə

20:20 21.04.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə