Vəkil
Vamiq Şükürov
050 270 85 88
İnstaqram: vekil_vamiqsukurov
Facebook: Vəkil Vamiq Şükürov
Kadrların optimallaşdırılması problem bu gün bir çox şirkət üçün aktualdır. Buna baxmayaraq, hazırki əmək qanunvericiliyi mövcud epidemioloji şəraitdə əməkdaşların işdən çıxarılmasına icazə vermir. İşəgötürənlərin isə əmək fonduna və digər xərcləri optimallaşdırması üçün işçiləri çıxarmaqdan başqa bir variantı yoxdur.
1. Ən təhlükəsiz yol, əlbəttə ki, qarşılıqlı razılıq çərçivəsində əməkdaş ilə yolları ayırmaqdır. Prosedur olduqca asandır, nəticədə ən qısa vaxtda iş münasibətlərini dayandırmaq mümkün edir.
Amma: Hazır olmaq lazımdır ki, heç də bütün əməkdaşlar belə səssiz ayırlmağa razı olmaya bilərlər. Əlbəttə ki, bu halda işəgötürən işçini çıxarmağın bir sıra imkanlarını düşünməlidir. Məsələn, ona birdəfəlik maddi yardım edə bilər.
2. İkinci ən populyar üsul isə - ştat yerini və işlərin sayını azaltmaqdır. Əmək qanunvericiliyi eyni ştatda çalışan, vəzifə öhdəlikləri eyni olan əməkdaşların sayını azaltmağa imkan verir.
Amma: İşdən çıxarılma proseduru asan baş vermir. Belə ki, siz işdən çıxarılma ilə bağlı əməkdaşları ən azı 2 ay öncədən məlumatlandırmalısınız. Belə əməkdaşlara əmək haqqısının 2 misli qədərində birdəfəlik ödəniş olunmalıdır. Həmçinin formal prosedurları yerinə yetirmək lazım olacaq. Məsələn, məşğulluq orqanlarını planlaşdırılan ixtisar ilə bağlı öncədən məlumatlandırılmalıdır.
3. Bir çox şirkət böhran vaxtı əməkdaşların kütləvi ixtisarına getmir. Problemdən həll yolu kimi isə işçi vaxtlarında dəyişikliyə gedir. Məsələn, əməkdaşların iş yükünü 40-50% azaldır, növbəli iş rejiminə keçir. Nəticədə, əməkdaşlara ödənilən xərci də minimallaşdırmaq mümkün olur.
Amma: Belə bir qaydanı tətbiq etmək isə qanunvericiliyə görə, əməkdaşın icazəsi ilə ola bilər. Tək tərəfli razılıq yolu ilə əməkdaşın belə çalışdırılması isə, yalnız məhdudlaşdırılmış hallar üzrə ola bilər. Məsələn, kütləvi şəkildə işdən çıxarma ilə bağlı hal varsa, işəgötürən ən azı 6 ay öncədən nataman iş vaxtını təqdim etməlidir.
4. Başqa bir seçim isə şirkətdə “artıq” olan işçiyə məzuniyyət təklif etməkdir. Əlbəttə ki, bu qısamüddətli ölçüdür. Amma müəyyən müddətə işçilərlə olan problemi aradan qaldırmağa imkan verəcək.
5. Digər bir yol isə əməkdaşa maaş söz vermədən məzuniyyətə getməsini təklif etməkdir. Ancaq bu daha çox loyal əməkdaşlar üçün hazırlanmış varinatdır.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə