Vəkil
Vamiq Şükürov
050 270 85 88
İnstaqram: vekil_vamiqsukurov
Facebook: Vəkil Vamiq Şükürov
2020-ci il üçün minimum aliment məbləği artırıldı.
2020-ci il üçün yaşayış minimumu təsdiq edilib. Bununla bağlı müvafiq qanun imzalanmışdır. 2020-ci il üçün uşaqların yaşayış minimumu 170 manat təyin edilmişdir.
Qanun 2020-ci ilin 01 yanvar tarixindən qüvvəyə minir.
Qeyd edim ki, məhkəmələrdə alimentlə bağlı tələblərə baxılarkən, rəsmi gəliri olmayan və yaxud az məbləğdə gəliri olan şəxslərdən aliment tutularkən, yaşayış minimumu rəhbər tutulur.
Yaşayış minimumunun artırılması, əvvəlki aliment məbləğinin artırılmasına da əsas verir. Misal üçün, əgər məhkəmə uşağa 160 manat aliment təyin etmişdirsə, 2020-ci ilin yanvar ayının birindən etibarən məhkəməyə müraciət edib, həmin məbləğin 170 manatadək artırılmasını xahiş etmək olar.
Qeyd edim ki, 2019-cu il üçün yaşayış minimumu 160 manat təşkil edir.
boşanmaların sayı sürətlə artır. Boşanma prosesi heç də hər zaman sakitliklə ötüşmür. Tərəflər arasında bir çox problemlər və mübahisələr yaranır. Boşanmalar zamanı əsas mübahisə predmetlərindən biri də aliment məsələsidir. Bəs uşaqların saxlanılması üçün aliment hansı məbləğdə alınmalıdır? Bu məbləğ artırıla və ya azaldıla bilərmi?
AR Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu vəzifədən irəli gələrək, Ailə məcəlləsinin 78-ci maddəsi uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulması qaydasını müəyyənləşdirir. Həmin maddəyə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə akimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AR Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1-ci maddə). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (78.2-ci maddə).
Ailə qanunvericiliyi ilə uşaqlar üçün məhkəmə qaydasında tutulan məbləğn miqdarı da qeyd olunmuşdur. Belə ki, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
yuxarıda göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Belə ki, şəxs alimentin miqdarının dəyişdirilməsini tələb edə bilər. Məhkəmənin müəyyən olunmuş aliment miqdarını dəyişdirmək hüququ Ailə Məcəlləsinin 112.1-ci maddəsində təsbit olunmuşdur. Məhkəmə bu hüququnu tərəflərdən birinin tələbi ilə əgər onlardan birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, həyata keçirə bilər.
Məhkəmə işə baxarkən tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliklərin (məsələn, borclunun, yəni aliment ödəyən şəxsin pensiya yaşına çatması, onun işdən çıxarılması, borclunun saxlamalı olduğu yeni şəxslərin olub-olmaması, tərəflərin hər ikisinin və ya onlardan birinin başqa nikaha daxil olması və s.) olub-olmamasını müəyyənləşdirməlidir. Təqdim edilməli olan sübutlar məhz bu hallardan asılı olaraq dəyişə bilər.
“Məsələn, vətəndaş yeni nikaha daxil olubsa və bu nikahdan övladı varsa, onda nikah haqqında şəhadətnaməni və həmin nikahdan olan uşağınızın doğum haqqında şəhadətnaməsinin əslini və ya təsdiqlənmiş surətini əlavə etməlidir və ya əmək haqqında azalma olmuşdursa, iş yerindən əmək haqqının azalması barədə arayışı təqdim etmək lazımdır. Yaxud, işdən çıxıbsa və heç bir yerdə işləmirsə, onda işdən çıxarılma barədə Əmrin, əmək kitabçasının və işsizliyə görə qeydiyyata alınma barədə arayışın əslini və ya surətini məhkəməyə vermək lazımdır.” – deyə hüquqşünas vurğulayıb.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə