#övladınaməktubyaz
“Oğlum qulaq as! Mən bu sözləri sən yatanda dilimə gətirirəm. Sənin balaca əlin yanağının altında qalıb, qıvrım sarışın saçların isə tərləmiş alnında yapışıb. Mən gizlincə sənin otağına keçmişəm.
Bir neçə dəqiqə bundan qabaq kitabxanada oturmuşdum, və dərin təəsüf hissi keçirdim. Böyük günah hissi keçirərək sənin çarpayına yaxınlaşıram.Yenə pis əhval ruhiyyəmin acığını səndən çıxdım.
Sən məktəbə getməyə hazırlaşarkən yaş dəsmalla üzünü sildiyinçün səni söydüm. Çəkmələrini təmizləmədiyinçün səni danladım. Paltarını yerə atdığın üçün sənə bağırdım.Səhər yeməyi zamanı səni danlamaq üçün bəhanə axtarırdım. Çayı dağıltma, yeməyi ağzına böyük tikə ilə qoyma, dirsəklərini masanın üzərindən çək, çörəyin üzərinə yağı çox yaxma deyərək səni tənqid etdim. Sonda mən qatara tələsirdim sən mənə “Ata sağ ol dedin, mən isə qaşlarımı çatıb ,çiyinlərini dik tut boynunu əymə” deyə yenə sənin üzərinə qışqırdım.
Günün sonunda hər şey yenidən təkrarlandı. Mən səni dostlarının yanında pərt etdim. “Corablar çox bahadır özün pul qazansaydın onların dəyərini bilərdin” deyərək səni acıladım. Yadındadısən kitabxanaya daxil oldun, mən hirsli hirsli qəzet oxuyurdum və başımı qaldırıb acıqla “nə istəyisən?” deyə soruşdum.
Sən isə heç bir söz demədən gəlib mənim boynuma sarıldın.Mən sənin mənə olan böyük sevgini hiss etdim. Allah sənin ürəyini elə bir sevgi ilə doldurub ki, mənim sənə olan qəzəbim belə bu sevgini yox edə bilmir. Və sənin bu hərəkətindən sonra qəzet mənim əlimdən yerə düşdü. Məni dəhşət bürüdü. Ürəkbulandırıcı qorxu hissi keçirdim. Mənim vərdişim məni qorxunc bir insana çevirmişdi.
Demək olmaz ki, mən səni istəmirəm sadəcə mənim sənə olan böyük gözləntilərim var, səndən çox şey istəyirdim. Sənin kiçik yaşlarının uğurlarını öz yaşımla ölçürəm.Sən isə münasibətində o qədər sağlam, gözəl və səmimisən ki......
Mən gecə sənin otağına gəlmişəm, utanaraq qarşında diz çökmüş vəziyyətdə səhvimi etiraf edirəm.Bilirəm ki, bu sözləri sən oyaq olduqda desəm anlamayacaqsan. Əgər mənim ürəyimdən bir də sənə qarşı acıqlı bir söz demək keçərsə, mən öncə “o sadəcə balaca oğlandır”deyərək bu qəzəbimi susduruacağam
Bağışla oğlum Mən səndən olduqca çox şey gözləmişəm.
Livinqston Larned
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə