Can, could və (be) able to
Azərbaycan dilində bilmək və ya bacarmaq kimi tərcümə olunan can modal feli mübtədadan sonra işlənir. Can modal felindən nəyinsə mümkün olduğunu və kiminsə nəyisə etmək bacarığına malik olduğunu (Natasha can play the piano) və ya imkanı olduğunu (She can go to the music room) bildirmək üçün istifadə edirik. Can məsdər to hissəciksiz işlənir. Üçüncü şəxsin təkində fellər –s şəkilçisi qəbul etmir. Sualda can modal feli cümlənin əvvəlinə keçir, inkarda özündən sonra not hissəciyi işlənir (can’t, can not, ya da cannot). Keçmiş zamanda can modal feli kökündən dəyişərək could olur.
indiki və gələcək zamanda ümumi fiziki və zehni bacaqıq haqda danışarkən can və be able to modal fellərindən istifadə edilir. Amma can daha geniş işlədilir.
Can you / are you able to type?
Hasan can run very fast. (Həsən çox sürətli qaça bilir)
QEYD: İnkarda can’t forması rəsmi formada işlədilən cannot formasından daha çox işlədilir. (I can’t go)
- be able to feli aşağıda verilmiş 4 formada işlədilir. Amma bu formalarla can və ya onun
keçmişi could modal felləri işlədilmir.
1. məsdərlə - they want to be able to practice.
2. gerundla – She left without being able to talk to the teacher.
3. modal fellərlə - I won’t be able to finish
4. indiki bitmiş zaman forması ilə - He hasn’t been able to study.
QEYD: be able to forması davamedici zaman formasında işlədilməz. He is not able to walk. (He isn’t being able to walk)
keçmişdə ümumi bacaqıq haqda danışarkən həm could həm də was / were able to formaları işlədilir.
When I was a young I could / was able to climb any treein the forest.
Amma keçmişdə çətin bir şeyin öhdəsindən gələ bilməyi, yəni onu edə bilməyi deyərkən was/were able to formasından istifadə edilir. Cümlədə bacarıq xüsusi hərəkət səbəbindən deyilir. Belə hallarda could işlədilmir.
The boat capsized quite near the bank so the children were able to swim safety.
We had a flat tyre, but we were able to fix it and carry on. (…but we could fix it.)
Əksinə olaraq, çətin bir şeyin öhdəsindən gələ bilməməyi, yəni onu edə bilməməyi deyərkən couldn’t işlədilir.
We couldn’t fix it.
can və could felləri zehni fəaliyyət (a) və hissi qavrayış (b) bildirən fellərlə tez-tez işlənir.
(a) I couldn’t decide. Can you remember her name? (Are you remembering her name?)
(b) We could hear a cat, but we couldn’t see it. I can smell onions. ( I’m smelling onions.)
QEYD: bəzən zehni fəaliyyət və hissi qavrayış bildirən felləri indiki qeyri-müəyyən zamanda da işlədilir (I smell onions). amma indiki davamedici zaman formasında
işlədilmir.
Gələcəkdə bir şəxsin ümumi bacarığını ifadə etmək üçün həm will be able to həm də can modal felindəm istifadə olunur. Amma will can formasını işlətmək olmaz.
If we earn some money, we can go/we’ll be able to go on holiday next summer.
Amma gələcəkdə nəyinsə edilməsinin mümkünlüyünü təklif edərklən can modal felinə üstünlük verilir.
Let’s have lunch together. We can go to that new restaurant.
Could have + feli sifət II forması keçmişdə həyata keçirilə bilməmiş bir hərəkət üçün izin və ya yetərlilik bildirir:
You could have borrowed my car. Why didn’t you ask me? (Maşınımı götürə bilirdin?. Niyə mənə demədin? )
He could have arrived at the conference on time but his car had been broken down. (O konfransa vaxtında gələ bilirdi amma maşını xarab olmuşdu)
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə