Diqqət! Pulunuz oğurlana bilər - Bankdan zəng edib kart nömrəsi soruşsalar verməyin

659 baxış

Müasir dövrümüzdə ən çox itirdiyimiz şeylərin siyahısında ilk iki yeri zaman və pul tutur. Amma, diqqətlə baxanda, hər ikisinin də əsəblərimizdən “oğurladığını” görməmək mümkün deyil... Bəs necə edək ki, üçünü də eyni anda qoruya bilək? Növbəti videoda sizə bu sualın yeganə cavabından-internet bankçılıqdan və mobil tətbiqlərdən danışacağam... 
 Əsəblərinizi, pulunuzu və zamanınızı qorumağın  8 üsulu: 

İnternet bankdan istifadə etmək istəyirsinizsə, bunu hansısa brauzer vasitəsilə etməyin. Bankınızın xüsusi mobil tətbiqindən istifadə etməyiniz daha məsləhətli və təhlükəsizdir. Çünki, hakerlər internet brauzerdən məlumatlarınızı oğurlaya bilər. 
Bankın rəsmi mobil tətbiqini GooglePlay və ya AppStore`dən yükləyin və ondan istifadə edin.
Mobil telefonunuzun müdafiə mexanizmlərini keçirməyin. Yəni, “root” etməyin. Çünki bu zaman sizin telefonunuz təhlükəli virus proqramlarına qarşı  müdafiəsiz olur. 
Sizə gələn bank ödənişləri ilə bağlı sms`ləri diqqətlə oxuyun. Göstərilən  əməliyyatı siz etməmisinizsə, sms`dəki parolu daxil etməyin. 
İnternet bankda hansısa əməliyyat edərkən əməliyyatın dayandırılması və ya imtina edilməsi üçün sizdən parol istənirsə, parolu yazmayın. İmtina üçün parolu yalnız  fırıldaqçılar istəyə bilər.  
Kartınızın məlumatlarını heç kimə deməyin. Hətta, sizə zəng edib özlərini rəsmi qurum nümayəndəsi və yaxud da bankın işçisi kimi təqdim etsələr belə... Kart nömrəniz bank işçisinə deyil, sizdən pul oğurlamaq istəyən insanlara lazımdır. 
Mobil banka qoşulmuş telefon nömrənizi dəyişirsinizsə, vaxt itirmədən banka bu barədə məlumat verin və o nömrəyə xidmətin dayandırılmasını tələb edin. 
Mobil bank xidməti qoşulmuş telefonunuzu itirmisinizsə, öz şəbəkə operatorunuza xəbər verin. Operator sim kartınızı bloklasın. Bu haqda banka da məlumat verin ki, sizin telefonunuza bağlı olan mobil bank xidmətini dayandırsın. 

S/T: Mobil bankda öz mobil nömrənizlə qeydiyyatdan keçin və çalışın ki, heç kimin köməyindən istifadə etməyin. Ən yaxşısı, pulunuzu və əsəblərinizi qorumaq üçün  qeydiyyatdan keçməyi özünüz öyrənin. 

Kapital Bank kartı ilə BirBank-da necə qeydiyyatdan keçə bilərsiniz? 
BirBankın ana səhifəsində yer alan kart üzrə qeydiyyat bölməsinə keçin. 
Növbəti  səhifədə kart nömrəsini, kartın pinkodunu və telefon nömrənizi daxil edin. 
Nömrənizə göndərilən kodu yığın.
Daha sonra internet bankçılıq servisinə giriş üçün şifrə təyin edin. 
Tətbiqə sürətli giriş etmək üçün qısa giriş kodunu müəyyən edin. Əlavə olaraq, tətbiqə barmaq izi vasitəsilə də giriş etmək mümkündür. 
Kapital Bank kartı ilə BirBank-da qeydiyyatdan keçmə əməliyyatı uğurla yerinə yetirilib.

Demədi Demə

10:51 24.02.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə