İngiliscə danışıq kursu - 11 ci dərs - Xüsusi suallar

531 baxış

Ümumi və xüsusi suallar

Ümumi suallar

Fellərin ümumi və xüsusi suallarını düzəltmək üçün köməkçi fellərdən istifadə etmək tələb olnur.Belə ki, indiki sadə zaman formasında sual cümləsini düzəldərkən do köməkçi felindən və 3-cü şəxsin təkində does köməkçi felindən istifadə olunur. Ümumi sual cümləsini düzəldərkən köməkçi fel mübtədadan əvvələ gəlir, əsas fel isə öz yerində , İngilis dilində söz sırasına əməl etməklə mübtədadan sonra dayanır.”Bəli” və “Xeyr” cavabları da ele bu köməkçi fellərin vasitəsi ilə əmələ gəlir.

They eat under a tree every day.

Do they eat under a tree every day?

- Yes , they do.-Bəli -No, they do not (dont)-Xeyr

3-cü şəxsin təkində olan cümlənin belə bir xüsusiyyəti vardır ki, fellərin sonuna -s- şəkilçisi əlavə edilir. Lakin, bu cümlələrə sual verərkən felin sonundakı –s- şəkilçisi do köməkçi felinin sonuna keçir və həmin fel does formasına çevrilir.

He (She) wants to see the doctor.

Does he (she) want to see the doctor?

-Yes, he (she) does. No, he (she) does not (doesnt)

Cümlənin inkar forması do və ya does və not inkar hissəciyi vasitəsi ilə düzəlir. Bu da əsas feldən əvvəl dayanır.

He doesnt read English well.

You don’t come to the lesson in time.

Xüsusi suallar

Hərəkət edən şəxsə (əşyaya) verilən who, what sualları istisna olmaqla , xüsusi cümlələri də həmçinin do köməkçi feli və 3-cü şəxsin təkində does köməkçi feli vasitəsi ilə əmələ gəlir. Bu halda, hərəkət edən şəxsi (əşyanı) ifadə edən sözə sual verilərkən o, sual sözü ilə əvəz olunur.

My son wants to become an engineer.

Who wants to become an engineer?

The ships stand near the sea platforms.

What stands near the sea platforms?

Who və what (kim, nə ) sual sözləri 3-cü şəxsin təkinə aid olduğu üçün hərəkət edən şəxsin təkdə və ya cəmdə olmasına baxmayaraq bu sual sözlər hərəkət bildirən sözlərin (fellərin) 3-cü şəxs tək forması ilə uzlaşır, yəni –s- şəkilçisi qəbul edir. Qalan bütün cümlə üzvlərinə sual verilərkən do və does köməkçi felləri sual sözündən sonra, hərəkət edən şəxsdən əvvəl dayanır. Belə bir cümlə götürək:

1 2 3 4

The train goes to Moscow at 12 oclock.

Who-kim? What do-nə edir? Where-harada? When-nə vaxt?

What-nə?

1.What goes to Moscow at 12 oclock?

2.What does the train do at 12 oclock?

3.Where does the train go at 12 oclock?

4.When does the train go to Moscow?

Exercises:

Nöqtələrin yerinə do və ya does köməkçi fellərini yazın.

..... he know English well?
…… our teachers teach foreign students?
..... students come to the lessons every day?
...... the university offer many professions?
..... our people use the metro very much?

Altından xətt çəkilmiş sözlərə suallar verin.

Every day students study English in the classroom.
Ships go to sea rigs every day.
Sevda buys food in the shop every day.
Every pilot works on two planes.

Tərcümə edin.

Musa məktəbə gedir?
Onlar şəhərin mərkəzində yaşayırlar?
Siz nə üçün həkimə gedirsiz?
Kim kitabları verir?
O dəftəri kimin çantasına qoyur?

Demədi Demə

12:27 05.02.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə