Şahdağa bir günlük səfər neçə manata başa gəlir?

478 baxış

Şahdağ Qış-Yay Turizm Kompleksinin inşasına 2009-cu ilin sentyabrında başlanılmışdır. Prezident İlham Əliyevin Qusar rayonuna səfəri çərçivəsində bu möhtəşəm kompleksin təməlqoyma mərasimi keçirilmişdir.


Şahdağa həsr olunmuş poçt markası
Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə Qusar şəhərindən 30 kilometr şimalda, rayonun Dağlıq Alayan kəndi ərazisində yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksində inşaat işləri yüksək standartlara uyğun olaraq həyata keçirilir. Tikinti işlərinin gedişinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi nəzarət edir.

Şahdağ milli parkının ərazisində salınan bu kompleksin tikintisi Azərbaycanda dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradıdır. Kanat yollarının çəkilişi qış turizm kompleksinin əsas infrastrukturlarından sayılır.

Kompleksdə tikinti işlərini yerli və xarici mütəxəssislərdən ibarət briqadalar ən müasir səviyyədə yerinə yetirirlər. Kompleksin baş layihəsi dünyada xüsusilə dağ-xizək mərkəzləri üzrə böyük layihələr həyata keçirən İsveçrə-Avstriya şirkəti tərəfindən hazırlanmışdır.


Prezident İlham Əliyev Şahdağ Qış -Yay Turizm Kompleksinin açılışında.
Kompleksin ərazisində birinci mərhələdə doqquz kanat yolu çəkiləcəkdir. Kanat yollarının çəkilişini bu sahədə böyük təcrübəsi olan Avstriya şirkəti həyata keçirir. İlk inşa olunan 982 metrlik məsafəsi olan lift isə artıq istifadəyə verilmişdir.[4]

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şahdağ Qış-Yay Turizm Kompleksinin 2 nömrəli kanat və xizək enişinin açılışında iştirak etmişlər.

27 fevral 2011-ci il tarixində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin lift bazasının anbarı ilə də tanış oldular. Dövlət başçısı 2 nömrəli kanat yolunu sınaq məqsədilə işə saldı.[5]

Kurort

Şahdağın yamacları və Şahdağ Otel və Kurort
“Şahdağ” Turizm Mərkəzi 2012-ci ildə istifadəyə verilib. Mərkəz Azərbaycanın Böyük Qafqaz dağ silsiləsinin ətəyində, toxunulmayan ekoloji sistemi və zəngin flora və fauna ilə tanınan Şahdağ Milli Parkının yaxınlığında yerləşir.

“Şahdağ” Turizm Mərkəzi Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.[6] Layihəyə əsasən gələcəkdə 10-12 üç ulduzlu otelin, qolf-klubun, 160-180 kottecin, akvaparkın və digər obyektlərin ( işçilər üçün evlərin, avtomobil dayanacaqların və s.) inşaası nəzərdə tutulub.[7]

Macəralar Dünyası
“Şahdağ” Turizm Mərkəzi Azərbaycanın tarixində ən müasir avadanlıqları ilə təchiz edilmiş və ən yaxşı beynalxalq şirkətləri tərəfindən idarə edilən ilk dağ-xizək kurortudur.

Macəralar dünyası lap yaxınlığda:

5 otel, ən dəbdəbəli otellər və ailəvi otel-evlər daxil olmaqla
Həm beynalxalq mətbəxdən həzz almağa, həm də ailəvi atmosferdə azərbaycan mətbəxin ənənəvi yeməkləri dadmağa imkan verən 20-dən çox restoran və barlar
Qarın olmasına 100% zəmanət
Xizək sürməsinə dair təlim; Beynalxalq Xizək Məktəbində yüksək ixtisaslı təlimçilər müxtəlif hazırlıq səviyyəsi olan xizəkçilər üçün təlimlər keçirir və diqqətini təhlükəsizliyin təmin edilməsində cəmləşdirirlər
Ailənin hər bir üzvü üçün, xüsusən də uşaqlar üçün nəzərdə tutulmuş tədbirlər, əyləncələr, paketlər və proqramlar
Valehedici SPA, sağlamlıq və fitnes mərkəzləri
Təbiətin möhtəşəm gözəlliyi ilə seçilən Azərbaycanın ən dilbər güşələrdən biri
Məşhur azərbaycan qonaqpərvərliyini hiss edin və Azərbaycanda istirahətin ən gözəl məqamlarınından həzz alın


Bu dağ adının yaranması haqqında xalq rəvayətlərinin birində deyilir ki, keçmişdə Şah dağının başında bir şah öz ailəsi və adamları ilə yaşayırmış. Şahın ailəsi üç nəfərdən ibarət imiş: şah, arvadı və oğlu. 

Şahın oğlu yatır, yuxuda gözəl bir qız görür və ona bir könüldən min könülə vurulur. Səhər oğlan yuxusunu atasına danışır və həmin qızı tapıb onunla evlənəcəyini ona bildirir. 

Şah, arvadı, vəzirlər, vəkillər oğlana xahiş edirlər ki, o, bu fikrindən daşınsın, lakin oğlan sözündən dönmür. Oğlan qırx gün, qırx gecə yol gedir, vilayətlərin birində qızı tapır və ürəyini ona açır. Qız da oğlana ilk baxışdan vurulur. Lakin qız həmin vilayətdə başqa bir oğlana nişanlı idi. Oğlan belə qərara gəlir ki, qızı həmin vilayətdən qaçırıb öz vilayətinə gətirsin. O, belə də edir. Qızla vilayətdən çıxhaçıxda padşah bundan xəbər tutur və atlılar oğlanla qızın arxasınca düşürlər. Oğlan qızı öz vilayətinə gətirib ata-anasına təhvil verir, özü isə dağın başına çıxıb qoşunun gəlməsini izləyir. Artıq qoşun vilayətin ərazisində idi. Oğlan qoşuna ox atıb onlardan bir neçəsini öldürür.

 Qızın nişanlısı oğlanı dağın başında görür və ürəyini nişan alır. Ox oğlanın ürəyinə sancılır və ölür. Qızın nişanlısı heç kimin xəbəri olmadan otağa girir, bir ox da qızın ürəyinə sancır. Oğlunun ölümünü şaha xəbər verirlər. Elə həmin vaxtdan da dağı adı "Şah dağı" qalır.

Demədi Demə

16:10 27.12.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə