Gələcək zamanın qeyri-müəyyən forması ( Simple Future)
Bu zaman forması shall, will köməkçisi felləri və məsdər ( to ədatsız) vasitəsilə düzəldilir. “ Shall ” birinci səxs təkdə və cəmdə, will isə qalan səxslərin tək və cəmində işlədilir.
I shall work. We shall work
He ( she) will work. They will work
Shall , will köməkçi felləri Azərbaycan dilində gələcək zaman şəkilçisi -acaq2 kimi tərcümə edilir.
Sual formasını düzəldərkən köməkçi feli mübtədadan əvvələ keçirməklə düzəlir.
Shall I work?
Will he (she) work?
Will you work?
İnkar formasını düzəldərkən not inkar ədatı shall,will – dən sonar yazılır.
I shall not ( shan’t) work
He ( she) will not ( won’t ) work .
Qısa təsdiq şəkli ’ll format ilə düzəlir
I ’ll work.
You ’ll work.
İnkarda qısa şəkli shan’t , won’t kimi işlənir.
I shan’t work.
You won’t work.
Sual inkar şəkili belə düzəlir.
Shall İ not work?
Shan’t İ work?
İşlədilməsi
Gələcək zamanın qeyri-müəyyən forması gələcəkdə baş verəcək , icra ediləcək hərəkətləri bildirmək üçün işlədilir.
I shall go - Mən gedəcəyəm.
Müasir ingilis dilində gələcəkdə icra ediləcək hərəkətləri bildirmək üçün çox vaxt gələcək zamanın qeyri – müəyyən forması əvəzinə
to be going to + məsdər , to be about to + məsdər birləşmələrindən biri işlədiir.
to be going to + məsdər - bir şeyi etməyə hazırlaşmaq.
to be about to + məsdər - bir şeyi etmək üzrə olmaq.
I am going to read this novel - Mən bu romanı oxumağa hazırlaşıram.
The train is about to start - Qatar yola düşmək üzrədir.
Zaman zərfləri: tomorrow , the day after tomorrow , next week, ( month , year , summer) , soon , in a week , in two days , in a moment və s .
Azərbaycan dilinə qəti və qeyri-qəti gələcək kimi tərcümə olunur.Əgər nəzərdə tutulan hərəkətin icrası qətidirsə qəti gələcək (yəni -acaq2 ), hərəkətin icrası qeyri – qətidirsə qeyri-qəti gələcək kimi tərcümə edilir (yəni - ar2 ).
Tom mənə məktub yazacaq - Tom will write me.
Tom mənə məktub yazar - Tom will write me.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə