İBEC tədris mərkəzinin müəllimi Cəmilə xanımla ingiliscə danışıq kurslarınaun 2-ci dərsinə başlayırıq.
Kurs həftədə iki dəfə - 1-ci və 3 cü günlər saat 13-14 arası Youtube kanalımızda yayaımlanacaq.
Kanalımıza abunə olaraq videolar yüklənərkən anında xəbərdar ola bilərsiniz.
Beləliliklə İngiliscə danışıq kursunun birinci dərsinə başlayırıq.
Kanala dəstək üçün layk düyməsini basmağı unutmayın.
İngiliscə danışıq kursunda görmək istədiyiniz dərsləri bizə yaza bilərsiniz.
İngilis dilində hal kateqoriyası az olduğundan sözlər arasındakı əlaqə əsasən sözönləri vastəsilə düzəlir.
Sözönləri isimin qarşısında gələrsə əsasən hal şəkilçilərini əvəz edir , feldən sonra gələrsə felin mənasını dəyişir.
İfadə etdikləri mənaya görə sözönləri 4 yerə bölünür.
1.Yer bildirənlər - in, on, at, opposite
2.Zaman bildirənlər - in, on, at, after, before.
3.İstiqamət bildirənlər - to, into, along, from .
4.Mücərrəd əlaqə bildirənlər - with, by, abont .
İngilis dilində in, on, at, həm yer, həm də zaman bildirə bilirlər.
İn – sözönü şəxsin və ya əşyanın nəyinsə daxilində, müəyyən bir yerdə, sərhədləri olan bir ərazidə olduğunu bildirir. Həmin ərazi yer zərfi funksiyasında olarsa.
in the first form - birinci sinifdə
in the city - şəhərdə
in the park - parkda
in the yard - həyətdə
in the garden - bağda
in the sky - səmada
in the book - kitabın içində
in the corner - küncdə ( otağın )
in the cup - fincanda
in the world - dünyada
in the tree - ağacda
in the picture - şəkildə
in the street - küçədə
in the row - cərgədə
in the line - sırada
in queue - növbədə
in the open air - açıq havada
in the shade - kölgədə
in the room - otaqda
in the box - qutuda
in the bag - çantada
Ölkə, şəhər, kənd və sair yaşayış əraziləri yer bildirdikdə
in Azerbajan - Azərbaycanda
in Bakı - Bakıda
Coğrafi cəhətlər yer zərfi olduqda:
In the north - şimalda
in the south - cənubda
bir sıra birləşmələrdə :
in a car - maşınla
in a taxi - taksi ilə
Qeyd: artikl olarsa nəqliyyat vastələri “ by ” sözönü ilə işlədilməz.
to be in time - vaxtında gəlmək
to be interestid in - marağında olmaq , maraqlandırmaq.
to stand in a queue [kju:] - növbədə dayanmaq
in a hat - (şlyapada)
in bed - (yataqda)
in the armchair - kresloda
in hospital - xəstəxanada
in prison - həbsdə
in a newspaper - qəzetdə
in a book, in a photograph - kitabda, şəkildə.
in a picture - rəsmdə
in the sea - dənizdə
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə