Bu qayda, həqiqətən də, çox önəmlidir. Deyək ki, ayda 2000 manat maaş alırsınız.
Bunun 500 manatını ev kirayəsinə verirsiniz. 100 manatını avtomobilinizin sığortasına, 300 manatı benzinə, 500 manatı da aylıq ərzağa xərcləyirsiniz.
100 manatı su, işıq, qaz puluna, 300 manatı kreditə, 200 manatını da aradabir ailənizlə getdiyiniz restoranlara, yaxud, oğlunuzun idman məktəbinə ödəyirsiniz. Qısası, bir ay boyunca işləyib əvəzində aldığınız pulu başqalarına paylayırsınız. Yəni, başqalarının varlanmağına və özü üçün sərmayə yığmağına kömək edirsiniz.
Aylıq maaşınız 20 min manat, 200 min manat olsa da, heç nə dəyişməyəcək. Bu, bir vərdişdir.
Başqalarından öncə öz gələcəyinizə olan borcu ödəməzsəniz, heç vaxt varlı ola bilməyəcəksiniz. Ona görə pul yığmağı da vərdişlərinizə daxil etməlisiniz.
Çalışın, aylıq maaşınızın, heç olmasa 10%-ini kənara qoyun.
Yəqin, indi ürəyinizdə deyirsiniz:
-Qardaş, danışdıqların gözəldi, amma mən nəinki pul yığmaq, bu aydan o aya güclə çıxıram.
Bunun cavabını Babilin ən varlı adamı Arkad varlı olmağın ikinci qaydasında izah edir.
Arkadın dostlarıyla ikinci görüşü ayın sonunda oldu. Bu dəfə o dostlarına dedi:
-Ayın sonu çatıb. Cibində pulu qalmayanlar əlini qaldırsın.
12 dostunun hamısı əlini qaldırdı. Arkad çox təəccübləndi və dedi:
-Hamınızın fərqli işiniz və aylıq gəliriniz var. Hamınızın həyat tərzi və vərdişləri fərqlidir. Bəziləriniz subaysınız, bəziləriniz də ailə-uşaq sahibisiniz.
Qazanclarınız və xərcləriniz də tamamilə fərqlidir. Eyni olan tək şey ay sonunda heç birinizin cibində pul olmamasıdır.
İndi sizə varlı olmağın ikinci qaydasını deyəcəyəm. Əgər diqqət etməsəniz, xərcləriniz də həmişə gəlirinizlə bərabər artacaqdır. Hər insanın ehtiyaclarını ödəməsi labüddür. Lakin, həyatda insanların çoxu ehtiyac və istək arasındakı fərqi öyrənə bilmir. Bu cahillikləri onların varlanmağına mane olur. Adətən, insanın istəkləri çox olur. Bir istəyinə çatan kimi, ürəyində daha üç istək yaranır. Əgər gələcəkdə varlı olmaq istəyirsinizsə, vərdişlərinizi və xərclərinizi dəqiqliklə analiz edin. Bir ay ərzində bütün xərclərinizi, bir qəpiyinə kimi yazın. Sonra bu xərclərinizi oxuyun, özünüzdən soruşun: “Hansı xərclər mənim əsas ehtiyaclarım üçündür? Hansı xərcləri azaltsam, həyat tərzimdə çatışmazlıq yaranmaz?” Bunu etsəniz, lazımsız yerə nə qədər pul xərclədiyinizi görüb təəccüblənəcəksiniz. Azaltdığınız xərclərdən qalan pulu hər ay yığdığınız pulun üstünə qoyun.
Sərmayənizin aydan-aya necə böyüdüyünü həzzlə izləyin.
Bu qayda günümüzdə də çox önəmlidir. Bu gün əsas ehtiyaclarımız sırasında olan çox şey babalarımızın dövründə heç kəşf edilməmişdi. Buna baxmayaraq, onların bizə nisbətən daha rahat və xoşbəxt yaşadıqlarını da çox eşitmişik. Elə təkcə bunu düşünüb ikinci qaydanı tətbiq etməyə çalışsaq, çətinlik çəkməyəcəyik.
Alış-veriş mövzusunda ən pis vərdiş, məncə, başqalarını düşünməkdir. Məsələn, aya minimal maaş alan bir adamın 5000 manata ən bahalı marka telefon alması məntiqsizlikdir. Düzdür, bu dövrdə hamının “ağıllı telefon”unun olması lazımdır, hətta, telefonumuz bizim əsas ehtiyaclarımız sırasındadır. Lakin, texniki baxımdan, 200 manatlıq telefon da gündəlik həyatımızı yaxşılaşdıra bilir. Yəni, aylıq maaşınızın yarısını verib iki il əvvəl “ən son model” sayılan telefonu almaq da olar. Bu, qənaət deməkdir.
lə də məlumatlı deyilik. Çox adam sevmədiyi və özündən aşağıda gördüyü insanların yanında lovğalanmaq üçün pulunu ehtiyacı olmayan şeylərə xərcləyir.
Varlı olmağın üçüncü sirri nizamlı və artan gəlirdir. Əksər insanlar elə düşünür ki, varlı olmaq birdən-birə külli miqdarda pula sahib olmaqdır. Bu fikrin yanlış olduğunu kiçik bir misalla izah etmək istəyirəm.
Rəcəb varlı bir ailənin övladıdır. Ərköyün böyüdülüb. Ömür boyu heç maddi sıxıntı çəkməyib. Heç vaxt da doğru-dürüst bir işdə işləməyib. 25 yaşına çatanda valideynləri vəfat edib. Rəcəbə 5 milyon manat miras qalıb. Sənan isə orta sinif bir ailədə anadan olub. Hələ məktəbliykən günortadan sonra və həftə sonları işləməyə başlayıb. Universitetdə maliyyə işi oxuyub və 25 yaşında yaxşı maaşlı bir iş tapıb. İlk maaşı 5000 manat olub. İşdə özünü çalışqan və nizamlı işçi kimi tanıdıb, zaman keçdikcə maaşı da artmağa başlayıb. 15 il ərzində, ayda, ortalama 10 min manat gəliri olub. Hər ay Forex bazarında çox az riskli səhmlərə 5000 manat yatırıb. Bu yatırımın illik gəliri, təxminən, 8,5%-dir.
Rəcəb isə dəbdəbəli həyata vərdiş edib. Ona qalan sərvətə güvəndiyi üçün bu vərdişindən əl çəkmir. Hər ay, ortalama, 20 min manat xərcləyib.
İndi baxaq, görək 15 il sonra, yəni 40 yaşlarında Rəcəblə Sənanın maddi durumu necədir? Rəcəbin 5 milyonluq sərvəti 15 il ərzində azalıb, 1,4 milyon olub. Sənanın sərmayəsi isə 1771920 manata qalxıb. Bundan əlavə, Sənan işində təcrübəli kadr sayılır və aylıq maaşı artıb, 15000 manat olub. Amma yenə də, Sənanın aylıq xərci 7500 manatı keçmir. Yerdə qalanı yenə də az riskli səhmlərə yatırır.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə