Nigeriyalı qız Naxçıvanda Azərbaycan mahnısını belə oynadı - Səyahət 9

531 baxış

Demədi Demə" Yutub kanalının növbəti səyahəti Naxçıvan şəhərinə olub. Səyahət zamanı Naxçıvan şəhərində Ailə təsərrüfatı festifalından, Köhnə Naxçıvan qalasından, Duz mədəni müalicəvi mərkəzindən və Culfa rayonunun iki kəndindən maraqlı məqamlar lentə alınıb. Nigeriyalı qızın Azərbaycan mahnısına oynaması isə daha çox diqqət cəlb edib. Həmin rəqsin görüntülərini təqdim edirik Naxçıvan Muxtar Respublikası (1920-1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924-1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən bu günə kimi Naxçıvan Muxtar Respublikası) — Azərbaycan Respublikasının tərkibində muxtar dövlət. Şimalda və şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), qərbdə Türkiyə Cümhuriyyəti (sərhəd xəttinin uzunluğu 15 km)[2][3][4][5][6][7], cənubda isə İran İslam Respublikası (sərhəd xəttinin uzunluğu 204 km) ilə həmsərhəddir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılmışdır. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi şimal-qərbdən Cənub-Şərqə doğru 158 km məsafədə uzanır. Naxçıvan Muxtar Respublikasının şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Araz çayının sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmir yol stansiyasıdır. Şimaldan cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir. Naxçıvan MR Duzdağ Fizioterapiya şəfa ocağının müalicəvi təsirinin digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən, xəstələr yeraltı hissəyə adaptasiya olunaraq girirlər. Həmçinin, şaxtada havalandırma təbiidir, mikrob cisimciklər aşağı səviyyədədir, allergenlər yox dərəcəsindədir. Mağarada rütubət və temperatur daim sabit qalmaqdadır Mərkəzdə 47 otaqda eyni anda 128 pasientin müalicəsi üçün rahat şərait yaradılmışdır. Müalicələr isə gündüz və gecə olmaqla 2 növbədə təşkil olunur; 2-12 yaş üçün gündüz, 12 yaş üzəri gecə seansları. Mərkəzdə pasientlər üçün kafe,TV salon, kitabxana,mağaza,növbətçi tibb bacısı otağı mövcuddur.

Demədi Demə

11:05 06.11.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə