DIQQƏT - Kartınız olmadan bankomatdan pul çəkə bilərsiz

544 baxış

Əvvəllər insanlar uzaq məsafələrə pulu göndərmək üçün müxtəlif vasitələrə əl atırdı. 

Azərbaycanda bu kortəbii vasitələr hələ də tükənməyib. Məsələn valideyn şəhərdə təhsil alan övladına pul göndərmək istədikdə, puul tanış qohumlar və ya tanış avtobus sürücüləri və s ilə göndərir.
  Halbuki pulunu bankomatdan çıxarmadan göndərə bilər və bu zaman məcbur deyil ki, uşağın adına bankda hesab olsun və ya o hanısısa banka, poçta və s müraciət etsin.

Cash by Code – belə xidmətlərdən biridir

«Cash by Code» - hətta kartı olmayan şəxslərə də pul göndərmək imkanı yaradan xidmət növüdür.

Pul göndərmək üçün bankomatın menyusundan «Cash by Code» ­– «Pul göndər» xidməti seçilməlidir. Sonra Siz pul göndərmək istədiyiniz şəxsin mobil nömrəsini və köçürmənin məbləğini daxil edirsiniz.

Bankomat 2 hissəli xüsusi kod hazırlayır - birinci hissə Sizin üçün çap edilir, ikinci hissə isə pulu alana SMS vasitəsilə göndərilir. Sizdən kodun 1-ci hissəsini öyrəndikdən və SMS-lə 2-ci hissəni aldıqdan sonra alıcı sadəcə olaraq bankomat üzərində yuxarı sağ düyməni sıxır, əldə olunmuş kodu daxil edir və ona göndərilən məbləği alır. Kod 24 saat müddətində qüvvədədir.

Demədi Demə

10:07 14.10.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə